Icma.az
close
up
RU
“Siz böyük lidersiniz” ŞƏRH

“Siz böyük lidersiniz” ŞƏRH

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan xalqı var olduqca 2025-ci il 8 avqust tarixi də heç zaman unudulmayacaq və milli təqvimimizin ən parlaq səhifələrindən biri kimi yaddaşlarda əbədi olaraq yaşayacaq. Heç bir qərəzli manipulyasiya artıq bu tarixi xalqın yaddaşından silə bilməz. 44 günlük müharibədə qazandığımız Qələbədən sonra bu il avqustun 8-də gördüklərimiz və şahid olduqlarımız dövlətçilik məfkurəmizin təkrar format olunmasının səbəbidir. SİA xəbər verir ki, bu sözləri politoloq Asif Adil söyləyib.Politoloq bildirib: “Tarixdə nəsillər bir-birini əvəz edəcək, ancaq bu gün dünyanın ən qüdrətli hesab olunan dövlətinin, yəni, ABŞ-ın Prezidenti Donald Trampın Prezident İlham Əliyevə xitabən dediyi: “Siz böyük lidersiniz” və “Xalqınız böyük xalqdır” sözləri heç zaman unudulmayacaq və unudulmamalıdır da. Şəxsi siyasi simpatiyalardan asılı olmayaraq, Azərbaycanı və Azərbaycan xalqını sevən, onun gələcəyini düşünən hər bir vətəndaş üçün bu sözlər qürur hisslərinin yaşanmasının səbəbi olmalıdır. Bu cür böyük etiraflar sayəsində yaşadığımız qürur hissləri milli ideologiyamızın gücünü artırmalı və onun emosional məzmununu daha da zənginləşdirməlidir.Tarixin bizə bəxş etdiyi bu cür müstəsna fürsətləri dövlət və xalq olaraq layiqincə qiymətləndirməliyik. Dünya ölkələrinin tarixi bizi öyrədir ki, məhz güclü ideologiyaya sahib olan dövlətlər və xalqlar böyük uğurlara imza atır, dayanıqlı inkişafa nail ola bilir. Əldə etdiyimiz Qələbə, suverenliyin təminatı, Azərbaycanın artan beynəlxalq statusu, dövlətimizin başçısının şəxsi nüfuzu, regionda formalaşmış yeni reallığının müəllifi olmağımız, eləcə də artıq qəbul olunmuş “Qalib xalq” statusumuz – bütün bunlar aid olduğumuz Azərbaycan dövləti və Azərbaycan xalqı ilə fəxr etməyimizin ideoloji əsaslarıdır”.A.Adilin sözlərinə görə, əlbəttə, uğurlarımızı əsaslandıran amillər kifayət qədər çoxdur, ancaq etiraf olunmalıdır ki, tarixdə məhz liderin adı qalır. Sadaladığımız uğurların qazanılması məhz liderin siyasi iradəsi və prinsipiallığı sayəsində mümkün olur. Bizə çox yaxın olan dövlətin tarixini yada salsaq görə bilərik ki, onun rəsmi dövlət ideologiyasının əsasında dayanan şəxs “Atatürk” obrazına çatana qədər öz həyatında nə qədər çətinlik və hətta haqsızlıqlar ilə rastlaşıb. Ancaq onun obrazı bu günə qədər müasir türkçülüyün və müasir Türkiyənin obrazı kimi qalmaqdadır. Prinsipial olaraq vurğulayaq ki, burada heç bir şəxsiyyətpərəstlikdən söhbət belə gedə bilməz. Bu obraz bu günə qədər türk xalqının mübarizliyinin simvoludur. Odur ki, biz də xalq olaraq tarixin bəxş etdiyi bu cür müstəsna fürsətləri layiqincə qiymətləndirməliyik. Bu cür fürsətlər gələcəkdə daha olmaya da bilər. Burada şəxsi ambisiyalar və şəxsi simpatiyalar arxa plana keçməli, öndə dayanan amil məhz milli maraqlarımız olmalıdır. Təsadüfi deyil ki, sözügedən səfər zamanı jurnalistlərin suallarını cavablandıran zaman Prezident İlham Əliyev məhz “milli maraqlar” amilinə istinad edərək dedi: “Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir.”Bəli, dünyanın ən qüdrətli dövlətinin Prezidenti tərəfindən vətəndaşı olduğun Azərbaycanın rəhbərinin ünvanına “Siz böyük lidersiniz” kimi sözlərin deyilməsi bütün Azərbaycan xalqı üçün qürur mənbəyi olmaqla yanaşı, unikal fürsətdir. Qalib xalq sabaha öz addımlarını inamla atmalıdır. Bu cür sözlərin dövlət başçısının ünvanına niyə deyilməsinin səbəblərini axtarmaq lazım deyil, bu sözləri millət və dövlət naminə fürsətə çevirmək lazımdır. Bunu gələcək nəsillər naminə etmək lazımdır.Politoloq söyləyib ki, qeyd olunanlar müstəvisində Azərbaycanda fəaliyyət göstərən və müxalifətdə olan siyasi partiya sədrlərindən birinin verilişdə səsləndirdiyi fikri xatırlatmaq yerinə düşər: “Dövlət və milli iradənin birliyi dayanıqlı inkişafı təmin edə biləcək fundamental əsaslardır. İrəli sürülən təşəbbüslər sayəsində Azərbaycanda bu birliyin əsasları artıq mövcuddur”. Bu cür fikri səsləndirməklə siyasətdə rasional və obyektiv yanaşmanı sərgiləyən partiya sədri, əslində, konstruktiv müxalifətçiliyi nümayiş etdirmiş olur. Odur ki, avqustun 8-də ABŞ-da baş vermiş hadisələrinin xalq və siyasilər tərəfindən mütləq şəkildə dəstəklənməsi məhz həmin o müxalifət partiyasının sədrinin söylədiyi dövlət və milli iradənin birliyinin növbəti təzahürüdür. Yaşadığımız möhtəşəm tarixin müasirləri olan bizlər uğurlarımızı qorumalı, onları xalq və dövlət üçün fürsətlərə çevirməliyik.Hər bir ziyalı, yaxud, sadəcə, hər bir məsuliyyətli vətəndaş avqustun 8-də Vaşinqtonda baş vermiş hadisələrə, habelə Prezident İlham Əliyevin oradakı çıxışlarına dair öz şəxsi münasibətini bildirməklə sözügedən tarixi milli yaddaşımızda əbədiləşdirməyə xidmət etmiş olur. Fəal və məsuliyyətli vətəndaşlıq mövqeyi bunu hər kəsdən tələb edir. Bu mənada əlbəttə ki, yazılarda dəfələrlə 8 avqust tarixinə qayıdacağıq və orada baş vermiş mühüm hadisələri müxtəlif aspektlərdə təhlil etməyə çalışacağıq.Bəli və min kərə bəli, 8 avqust növbəti qələbəmizin tarixidir. Bu hadisəni, sadəcə, “diplomatiyamızın növbəti uğurudur” adlandırılması, əslində, baş vermiş hadisənin ideoloji müstəvidə kiçildilməsi deməkdir. Cəmi bir səfərlə dövlətimizin başçısı xalqımız üçün strateji və taleyüklü hesab olunan o qədər mühüm məsələlərə nöqtəsini qoydu ki, onlar bir ömürə belə sığmaz.“Yuxarıda qeyd olunanlar müstəvisində qazanılmış uğurun möhtəşəmliyini göstərən cəmi bir əlamətdar fraqmentə diqqət yetirək. Prezident İlham Əliyev Vaşinqtonda jurnalistlərə verdiyi müsahibədə növbəti fikirləri səsləndirdi: “Beləliklə, bu gün 907-ci düzəliş əsasən siyasi və rəmzi məna daşıyır. Bu, artıq ədalətsizliyin aradan qalxdığını göstərir... Çünki əfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi”. Dövlətimizin başçısının bu sözləri, eyni zamanda, vaxtilə “məğlubedilməz” hesab olunan erməni lobbisinə də elə bir zərbə vurdu ki, bundan sonra Qərbdə sözügedən lobbiyə dəstək göstərmək ABŞ Prezidenti Donald Trampa qarşı getmək kimi dəyərləndiriləcək...”, - deyə politoloq əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Avqust 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri