Icma.az
close
up
RU
Sızanaqları necə yox etmək olar? Doğru MƏLUMAT

Sızanaqları necə yox etmək olar? Doğru MƏLUMAT

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qara nöqtələr (kamedonlar) və ağ civzələr (iltihablaşmayan) – aknenin ən sadə formalarıdır.

Bu problemi kosmetik salonda dərinin təmizlənməsi ilə həll etmək olar (sizin dərinizə hansı təmizləmə üsulunun tətbiq ediləcəyini kosmetoloq müəyyən edir).

Bu halda sizə yalnız bir məsləhət verə bilərik: dərinin təmizlənməsi üçün hər hansı bərbərxanaya və ya ev şəraitində qulluq göstərən şəxslərə deyil, bu sahədə ixtisaslaşmış və tanınmış kosmetoloji klinikaya müraciət edin. Özünüz də heç bir halda üz nahiyənizdə olan nə ağ, nə də irinli sızanaqları sıxmağa cəhd etməyin! Burada yalnız kamedonlar istisna təşkil edir. Onları ev şəraitində, qabaqcadan dərinizi yaxşı təmizləyib və buğa verib, əllərinizi yuyaraq antiseptik maddələrlə sildikdən sonra təmizləmək (sıxmaq) olar.

İrinli sızanaqların müalicəsi daha mürəkkəb olur. Sızanaqları onlar dəridə xeyli çoxaldıqda deyil, əmələ gəlməyə başlayanda müalicə etmək lazımdır. Təkbaşına onları müalicə etmək mümkün olmayacaq və dərinizin vəziyyəti getdikcə daha da pisləşəcəkdir.

İrinli sızanaqların müalicəsi üçün kosmetoloqa deyil, dermatoloqa (və ya dermato-kosmetoloqa) müraciət etmək lazımdır. Həkim sızanaqların əmələ gəlmə səbəblərini aşkar edərək, tələb olunduğu halda sızanağın möhtəviyyatının laborator müayinəsini aparır. Məhz bundan sonra o, xüsusi preparatlardan, ola bilsin ki, antibiotiklərdən də istifadə etməklə fərdi şəkildə müalicə kursu təyin edir. Bəzi hallarda dermatoloq pasienti digər həkimlərin (endokrinoloq, qastroenteroloq, ginekoloq, dietoloq və s.) müayinəsinə də göndərə bilər.

Sızanaqların müalicəsi, xüsusən də onların sayı üzdə çox olduqda, xeyli dərəcədə mürəkkəb və uzun müddət ərzində davam edən proses olub, heç də 100% hallarda tam sağalma ilə nəticələnmir. Bundan başqa, sızanaqlar sağaldıqdan sonra üz dərisində onların yerində xeyli genişlənmiş məsamələr, qırmızı ləkələr və çapıqlar da qalır ki, onlar da müalicə tələb edir. Məhz buna görə, maksimal şəkildə üz dərisində sızanaqların əmələ gəlməsinə imkan verilməməlidir. Bunu necə etmək olar?

Dediyimiz kimi, dəriyə düzgün və kifayət qədər qulluq edilməməsi aknelərin əmələ gəlməsinin əsas səbəblərindən biridir. Beləliklə, əgər siz dərinizin təmiz olmasını istəyirsinizsə, aşağıdakılara əməl etməlisiniz:

- tələbat olmadığı halda əllərinizlə üzünüzə toxunmayın! Üz dərisinə qulluq edilməsi və kosmetik vasitələrin sürtülməsi ancaq əllərin yaxşı-yaxşı yuyulmasından sonra yerinə yetirilə bilər;

- dərinin düzgün şəkildə təmizlənməsini öyrənin. Cinsi yetkinlik dövründə yeniyetmələr öz dərilərinə diqqəti artırmalı, onun təmizlənməsi üçün yağlı və problemli dəri üçün nəzərdə tutulan xüsusi gel və “penkalardan” istifadə etməlidirlər;

- dərinin həddindən artıq yağlanmasına qarşı mübarizədə üzünüzü tez-tez isti su və sabunla yumayın, tərkibində spirt olan tinkturalar, turşular və s. bu kimi vasitələrdən istifadə etməyin. Çünki bu, dəridə piyin ifraz olunmasının daha da artmasına və sızanaqların çoxalmasına səbəb olur;

- heç zaman üzünüzü kosmetikadan təmizləmədən yatmayın;

- dəri tipindən asılı olaraq müəyyən fasilələrlə dərinizi ölmüş hüceyrələrdən təmizləmək üçün skrablardan istifadə edin;

- tələbat yarandıqca kosmetoloqa müraciət edərək, kamedon və civzələrin iltihablaşması təhlükəsindən qurtulmaq üçün dərinizin dərin təmizlənməsini etdirin.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 05:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see392

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see293

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see236

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see220

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see212

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see209

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see207

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see195

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see188

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see184

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see184

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see182

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see180

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see180

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see179

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see178

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see178

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see163

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see161

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri