Icma.az
close
up
RU
Sizə səhv tibbi xidmət göstərilən zaman nə etməlisiniz? CAVAB

Sizə səhv tibbi xidmət göstərilən zaman nə etməlisiniz? CAVAB

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Moderator.az xəbər verir ki. Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu yanlış göstərilən tibbi xidmət ilə bağlıdır.

Əgər sizə səhv tibbi xidmət göstərilibsa, bu zaman nə etməlisiniz?

Lent.az xəbər verir ki, aktual məsələlərdən biri də tibbi xidmətlərin  göstərilməsi zamanı  vətəndaşların həyat və sağlamlığına dəyən zərərin kimlər tərəfindən ödənilməsidir. Praktikada bu məsələ çox zaman çətinliklər yaradır. Çünki burada məsuliyyətin kimə aid edilməsi, təqsirin olub-olmaması, vurulan zərərin ödənilməsi və s. kimi məsələlər bəzən düzgün araşdırılması vacibdir.

Qanun bu məsələni necə tənzimləyir? 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Yəni,  tibbi müəssisəsi orada işləyən həkimlərin əməlləri üçün məsuliyyət daşıyır. Əgər klinikada çalışan həkim hər hansı səhv edirsə və bunun nəticəsində xəstəyə zərər dəyirsə, klinika bunun üçün məsuliyyət daşıyır.  Klinika, öz növbəsində, həkimdən zərərin əvəzinin ödənilməsini tələb edə bilər (hüquq dilində bu “reqres hüququ” adlanır).

Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

Xəstəyə tibbi müdaxilədən əvvəl tibb müdaxilənin özü, riskləri və s. barədə öncədən məlumat verilməli, onun bu barədə razılığı alınmalı və bu hallar tərəflərin imzaladığı sənədlərlə rəsmiləşdirilməlidir.

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir.

Bununla bağlı şikayət kimə ünvanlanmalıdır?

1.Şəxsin sağlamlığına  zərər dəydikdə

Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Belə halla qarşılaşan vətəndaş ilk növbədə tibb müəssisəsinə, daha sonra müəssisənin tabe olduğu quruma (Əlaqə üçün: Səhiyyə Nazirliyi: 9103, TƏBİB: 1542) və sonda isə məhkəməyə  müraciət edə bilər. Yəni tibb müəssisəsinin və müəssisənin tabe olduğu qurumun cavabı vətəndaşı qane etməzsə, vətəndaş  “tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilər. İşin mahiyyətindən asılı olaraq növbəti addımlar atılır. Yəni, vətəndaşın həyat və sağlamlığına zərər vuran həkimin əməlində cinayət tərkibi varsa, ona qarşı cinayət işi açılır. Əməldə cinayət tərkibi olmadıqda isə məsələ mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll oluna bilər.

Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunla nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir.

Şəxs vəfat etdikdə

Vətəndaşlara tibbi xidmətlərin göstərilməsi zamanı şəxs vəfat edərsə, bu zaman hüquq mühafizə orqanlarına müraciət etmək lazımdır.

Bəs vətəndaşın həyat və sağlamlığına vurulmuş zərərin ödənilməsi ilə bağlı hər hansı bir iddia müddəti varmı?

Həmçinin bunu da qeyd edək ki, fiziki şəxsin həyat və sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələblərə iddia müddəti şamil olunmur. Yəni vətəndaş ona tibbi xidmətlərin göstərilməsi zamanı sağlamlığına vurulmuş zərərlə bağlı müddətdən asılı olmayaraq istənilən vaxt iddia qaldıra bilər. 

Həkim məsuliyyətsizliyi…

Tibb işçilərinin vətəndaşın həyat və sağlamlığına vurulmuş zərərlə bağlı məsuliyyəti bəzən onların öz vəzifələrinə laqeyd və etinasız yanaşmaları nəticəsində yaranır.

Bununla bağlı qanunvericilikdə həmin tibb işçiləri üçün məsuliyyət nəzərdə tutulub.

Cinayət Məcəlləsinin 142-ci maddəsinə əsasən xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzrlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi nəticəsində onun sağlamlığına az ağır zərər vurmaya görə  tibb işçisi 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Noyabr 2024 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri