Şizofreniya xəstəsi olan gənc anasını yaralayıb, yeznəsini öldürdü
Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Kırıkkaledə anasını bıçaqla yaralayan şəxs yeznəsini öldürərək hadisə yerindən qaçıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, şizofreniya xəstəsi olduğu iddia edilən C.T. mərkəzi rayon Egemenlik küçəsində yaşadıqları evdə anası T.Döndü və yeznəsi M.T-yə bıçaqla xəsarət yetirdikdən sonra olduğu ünvandan qaçıb.
Xəbər üzərinə bölgəyə jandarma və sağlamlıq qrupları sövq edildi. Sağlamlıq qrupları boğazından bıçaqlanan M.T.-nin öldüyünü müəyyən edib. Ağır yaralanan T.Döndü təcili yardımla xəstəxanaya aparılıb.
Təqaüdçü mütəxəssis olduğu öyrənilən M.T.-nin cansız bədəni hadisə yerində aparılan müayinələrdən sonra Ədliyyə Tibb İnstitutunun morquna aparılıb.
Hadisədən sonra yeznəsinin maşını ilə qaçan və psixoloji problemləri olduğu iddia edilən şübhəli jandarm və polis qruplarının təqibi nəticəsində Aşağı Mahmutlar rayonunda yaxalanıb.
Vüsalə İbrahimli
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 20 Noyabr 2024 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















