Skaloni: İspaniya ilə bağlı hər şey məni narahat edir
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-da İspaniyaya qarşı keçirəcəkləri final matçından danışıb.
QOL.az "The Guardian"a istinadən xəbər verir ki, mütəxəssis İspaniyanın gücünü xüsusi vurğulayıb.
"İspaniya millisi oteldən çıxan andan narahat olmağa başlayıram. Onların əla komandaları var. İspaniya ilə bağlı hər şey məni narahat edir".
Skaloni bildirib ki, Argentinanın dünya kuboku finalındakı təcrübəsi bu oyunda onlara üstünlük qazandırmayacaq:
"Onların da böyük səhnələrdə oynamış futbolçuları var. Avropa çempionatı və Millətlər Liqasının finalında iştirak ediblər. Düşünmürəm ki, bizim ardıcıl 2-ci dəfə finalda olmağımız üstünlükdür".
Mütəxəssis komanda kapitanı Lionel Messidən də söz açıb. O, 39 yaşlı hücumçu haqqında da yüksək fikirlər səsləndirib: "Messi əsl tarixdir, əfsanədir. 39 yaşında dünya çempionatının finalında oynamaq inanılmazdır. O, hələ də bizimlədir və bu anların dəyərini bilməliyik".
Qeyd edək ki, Argentina - İspaniya finalı iyulun 19-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 18 İyul 2026 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















