Lionel Skaloni: “İspaniya bizdən üstün idi”
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Argentina futbol millisinin baş məşqçisi Lionel Skaloni İspaniyaya 0:1 hesabı ilə uduzduqları DÇ-2026 finalından sonra açıqlama verib.
İdman.Biz xəbər verir ki, 48 yaşlı mütəxəssis rəqibin həlledici qarşılaşmada daha yaxşı oynadığını etiraf edib.
“İndi kədər hissi keçirirəm. Amma bütün gücümüzü meydanda qoyduğumuzu bilirik. Buraya necə gəlib çatdığımız barədə çox şey deyə bilərəm, ancaq buna dəyməz. Sona qədər mübarizə aparan bu futbolçulara əbədi minnətdaram. Finala yüksəlmək çox çətindir”.
Skaloni İspaniyanın qələbəyə layiq olduğunu bildirib:
“İspaniya daha yaxşı idi, bu, həqiqətdir. Amma futbolçularımızın gördükləri işlə bağlı gözəl xatirələrimi qoruyacağam. Məğlubiyyət çox ağrılıdır. Qələbə zamanı möhtəşəm olduğumuz kimi, məğlubiyyətdə də böyük olmalıyıq. Uduzmağı bacardığımızı göstərdik. Bu isə buraya gəlmək üçün etdiklərimizi unudacağımız demək deyil. Ölkəmizə demək istəyirəm ki, bütün gücümüzü verdik”.
İspaniya əlavə vaxtda Ferran Torresin vurduğu qolla Argentinaya 1:0 hesabı ilə qalib gəlib. Bununla da Avropa təmsilçisi 2010-cu ildən sonra tarixində ikinci dəfə dünya çempionu olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 20 İyul 2026 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















