ŞKTC Baş naziri: “İlk dəfə İlham Əliyev bizi rəsmi protokolla qarşıladı”
Icma.az, Yenicag portalına istinadən məlumat yayır.
“Qardaş Azərbaycanda eyni mübarizə Heydər Əliyevə başlayıb, ondan sonra İlham Əliyevlə davam edib”.
Yenicag.az xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçirilən “Rauf Raif Denkdaş və Fazil Küçük II Beynəlxalq Kipr Araşdırmaları Simpoziumu”nda çıxış edən ŞKTC Baş naziri Ünal Üstal ölkəsinin azadlıq mübarizəsindən danışarkən deyib.
“Biz atalarımızdan aldığımız bayrağı türk dünyası ilə irəliyə aparmaq üçün heç bir təzyiqə boyun əymədən, embarqolara rəğmən işimizə davam edirik”, – deyən Baş nazir hədəflərinin türk dünyası ilə birləşmək olduğunu vurğulayıb.
ŞKTC Prezidentinin Azərbaycana səfəri barədə danışan Baş nazir ilk dəfə üçüncü bir ölkədə rəsmi protokolla qarşılandıqlarını bildirib:
“İlham Əliyevə öz adımdan, hökumətim və xalqımın adından təşəkkür edirəm. Biz o gündən sonra Azərbaycanla mədəniyyət, ticarət, turizm sahələrində birgə addımlamağa başladıq”.
Aqil Bəkir/Lefkoşa
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 31 Yanvar 2025 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















