İlham Əliyev həmkarını qarşıladı
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Azərbaycana rəsmi səfərə gələn Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin sentyabrın 20-də Bakıda rəsmi qarşılanma mərasimi olub.
“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Ruanda Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Prezidenti Pol Kaqameni qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Ruanda Prezidentinə raport verdi.
Ruanda Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
Baxış sayı:99
Bu xəbər 20 Sentyabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















