Icma.az
close
up
RU
Skuter sürənlərin NƏZƏRİNƏ Bu halda CƏRİMƏLƏNƏCƏKLƏR

Skuter sürənlərin NƏZƏRİNƏ Bu halda CƏRİMƏLƏNƏCƏKLƏR

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illərdə şəhər küçələrində səssizcə sürətlə yayılan bir nəqliyyat vasitəsi var – elektrik skuterləri. Rahatlığı və operativliyi ilə diqqət çəkən bu vasitələr artıq gündəlik həyatın bir hissəsinə çevrilsə də, onların yaratdığı təhlükələr getdikcə daha çox müzakirə olunur.

BAKU.WS-in məlumatına görə, piyadalar üçün gözlənilməz risk mənbəyinə çevrilən skuterlər yol hərəkətində yeni qaydalar və məsuliyyət məsələsini gündəmə gətirir.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli BAKU.WS-ə bildirib ki, son dövrlərdə ölkəmizdə küçə və prospektlərdə kiçik elektrik nəqliyyat vasitələrindən, xüsusilə skuterlərdən istifadə edən sürücülərin sayında artım müşahidə olunur. Belə nəqliyyat vasitələri səssiz və sürətli hərəkətinə görə piyadalar üçün daha çox risk hesab edilir:

"Qanunvericiliyə əsasən, skuter tipli kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması məsuliyyət yaradır. Skuterlərin hərəkətinə park və həyət ərazilərində, yaşayış zonalarında, velosiped yollarında, habelə ümumi istifadədə olan avtomobil yollarında yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə yolun sağ kənar zolağı ilə icazə verilir.

Bu növ nəqliyyat vasitələrini idarə edərkən yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələbləri pozulursa, yaxud piyadaların hərəkətinə maneə yaranırsa, həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

Vətəndaşlara çağırış edərək bildiririk ki, belə kiçik nəqliyyat vasitələrini piyada səkilərində sürməkdən çəkinməli, həmçinin qoruyucu dəbilqə və digər təhlükəsizlik vasitələrindən istifadəyə diqqətlə yanaşmalıdırlar".

Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli isə BAKU.WS-ə açıqlamasında deyib ki, mövcud qanunvericiliyin tələblərinə əsasən kiçik elektik nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa, digər zolaqlarla, eyni zamanda velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etməsi qadağandır:

"Belə hal aşkarlandığı təqdirdə sürücü barəsində AR İXM-nin 338-ci maddəsinə uyğun olaraq 40 manat məbləğində cərimə nəzərdə tutulub.

Bu tip nəqliyyat vasitələrini idarə edən şəxslərdən xahişimiz ondan ibarətdir ki, yol hərəkəti qaydaları ilə yanaşı, təhlükəsizlik qaydalarına da ciddi şəkildə riayət etsinlər".

Orxan Hüseyn

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://baku.ws
archiveBu xəbər 03 Aprel 2026 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri