Icma.az
close
up
RU
Skuter sürən uşaqların valideynləri cərimələnəcəklər AÇIQLAMA

Skuter sürən uşaqların valideynləri cərimələnəcəklər AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Son illər paytaxt və bölgələrdə elektroskuterlərin sürətlə yayılması şəhərdaxili hərəkətdə rahatlıqla yanaşı, ciddi təhlükəsizlik problemlərini də gündəmə gətirib. Xüsusilə azyaşlıların bu nəqliyyat vasitələrindən nəzarətsiz istifadəsi yol-nəqliyyat hadisələrinin artmasına, insanların həyat və sağlamlığı üçün real risklərin yaranmasına səbəb olur. Məhz bu kontekstdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva elektroskuterlər və digər kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsi zamanı mövcud vəziyyətə münasibət bildirib, bərabərlik hüququnun təmini və təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi ilə bağlı səlahiyyətli dövlət qurumuna müraciət ünvanlayıb. Ombudsman qeyd edib ki, qanunvericilikdə minimum yaş həddi müəyyən olunsa da, onun real icrası təmin edilmir və bu, xüsusən 14 yaşdan kiçik uşaqların həyatı üçün ciddi təhlükə yaradır.
Məsələ ilə bağlı tanınmış hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlama verib. O deyib ki, bu məsələnin tənzimlənməsi vacibdir:
“Şəhərdə hərəkət edərkən artıq avtomobillərdən daha çox skuterlər təhlükə yaradır. Çünki qəfil insanların üzərinə çıxa bilirlər. Xüsusilə narahatedici məqam odur ki, skuterləri çox vaxt yetkinlik yaşına çatmayan uşaqlar idarə edirlər. Yaş məhdudiyyəti təsadüfi qoyulmayıb. Azyaşlılar etdikləri hərəkətlərin nəticələrini tam dərk edə bilmirlər. Buna görə də qaydalara ciddi nəzarət olunmalıdır. Hadisə zamanı maddi məsuliyyət valideynlərin üzərinə düşsə də, bu, problemin mahiyyətini aradan qaldırmır. Məhz bu səbəbdən dövlət yol polisi bu sahədə daha ciddi və effektiv nəzarət həyata keçirməlidir”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Fevral 2026 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri