Icma.az
close
up
RU
Skuterlərlə bağlı yeni təhlükə Bu halda ölə bilərsiniz!

Skuterlərlə bağlı yeni təhlükə Bu halda ölə bilərsiniz!

Icma.az bildirir, News24 portalına istinadən.

Moskva vilayətində elektrik velosipedləri üçün dayanacaqda ildırım vurduqdan sonra yanğın baş verib. Elektrik velosipedlərinin və skuter kimi batareya ilə işləyən cihazların ildırım zamanı təhlükəyə çevrilməsi təkcə Rusiya deyil, Azərbaycan üçün də aktual məsələdir. Xüsusilə yay aylarında ildırım hadisələrinin artdığı dövrlərdə açıq havada saxlanılan elektrikli cihazlar, məsələn, velosiped, skuter, hətta avtomobillər belə yanğın və partlayış riski daşıyır.

Bunlar nələrdir? Bu, yeni təhlükə növü ola bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, məhz bu səbəbdən qanunvericiliyə bir sıra əlavələr edilib.

Onun sözlərinə görə, yeni tənzimləmələr skuterlərin kirayəsi və istifadəsi ilə bağlıdır:

“Artıq qanunda qeyd olunur ki, nasaz vəziyyətdə olan skuterlərin kirayəyə verilməsi qadağandır. Əgər bir şirkət qüsurlu və ya təhlükəli vəziyyətdə skuteri vətəndaşa təqdim edirsə, külli miqdarda cərimə olunur. Eləcə də, istifadəçi skuteri nəzərdə tutulmuş dayanacaqdan kənarda saxlayarsa, cərimə edilir. Bu qaydalar yaranacaq risklərin qarşısını almaq üçündür”.

Ekspertin fikrincə, hər şey qaydalarla tənzimlənə bilməz – bəzi hallarda risklərin qarşısını almaq mümkün deyil:

“İldırımdan heç kim sığortalanmayıb. Bu elə bir təbiət hadisəsidir ki, idarə etdiyin zaman da, saxladığın an da baş verə bilər. Burada əsas məsələ ondan ibarətdir ki, belə bir hadisə baş verəndə vətəndaş nə etməlidir?”

Mütəxəssis bildirib ki, insanların fövqəladə vəziyyətlərdə necə davranmalı olduqları ilə bağlı ciddi maarifləndirməyə ehtiyac var:

“Ən təəssüf doğuran hal odur ki, əhalinin böyük əksəriyyəti ilkin tibbi yardım və ya təcili müdaxilə qaydalarını bilmir. Bura yalnız ildırım hadisəsi daxil deyil. Gəlin baxaq, bu gün avtomobil yanğınları da aktual məsələdir. Sürücülər panikaya düşür, alovu necə söndürmək lazım olduğunu bilmirlər. Təlim keçmədikləri üçün yanğınsöndürən gələnə qədər gec olur. Eyni vəziyyət qəzalar zamanı da yaşanır. Yaralıya yardım göstərə bilmədikləri üçün çox zaman xəstəxanaya çatana qədər həyatını itirir”.

Ekspert hesab edir ki, bu sahədə həm nəzəri, həm də praktiki maarifləndirmə tədbirlərinin həyata keçirilməsi vacibdir:

“Fövqəladə hal zamanı vətəndaşın necə davranmalı olduğunu bilməsi, ilkin tibbi yardım bacarıqlarına yiyələnməsi çox önəmlidir. Çox istərdim ki, bu sahədə maarifləndirmə tədbirləri ciddi şəkildə keçirilsin”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 İyul 2025 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri