Slot: Real la matç cari mövsümdəki ən yaxşı oyunumuz idi
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
"Liverpul"un baş məşqçisi Arne Slot Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Real"a qalib gəldikləri oyun haqda fikirlərini bölüşüb.
QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis 1:0 hesablı qələbəni belə şərh edib:
"Çox yaxşı komandaya növbəti dəfə qalib gəldik. "Aston Villa" kimi, "Real" da əla formadadır. Əminliklə deyə bilərik ki, bu, cari mövsümdəki ən yaxşı oyunumuz idi. Futbolçularımız rəqibi meydanın bizə aid olan hissəsindən kənarda saxlamaq üçün inanılmaz dərəcədə çalışdılar".
Qeyd edək ki, sözügedən görüşdə "mersisaydlılar"ın qələbə qolunu 61-ci dəqiqədə Aleksis Makallister vurub. Hazırda "Liverpul" 4 oyundan topladığı 9 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 05 Noyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















