Slovakiya ilk dəfə Aİ nin Ukrayna ilə bağlı qərarını dəstəkləməyib
Icma.az, Apa.az saytına istinadən bildirir.
Slovakiya ilk dəfə olaraq Ukraynanın hərbi xərclərinin maliyyələşdirilməsinə qarşı çıxdığı üçün Avropa İttifaqı Şurasının nəticələrini rədd edib.
APA xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso jurnalistlərə bildirib.
"Slovakiya ilk dəfə olaraq Avropa İttifaqı Şurasının Ukrayna ilə bağlı qərarını dəstəkləməkdən imtina etdi, çünki o, hərbi xərclərin maliyyələşdirilməsi ilə bağlı fikir ayrılığına malikdir. Ukraynanın silaha ehtiyacı yoxdur ", - Baş nazir qeyd edib.
Onun sözlərinə görə, Aİ daxilində bloklanmış Rusiya aktivlərinin Ukraynaya potensial köçürülməsi ilə bağlı Aİ üzv dövlətləri arasında ciddi fikir ayrılıqları mövcuddur. Baş nazir vurğulayıb ki, "bu, böyük risklər yaradır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 19 Dekabr 2025 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















