Slovakiya Aİ nin Ukrayna üçün kreditinə qoşulmayacaq Fitso
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso "Facebook" səhifəsində yayımladığı video müraciətində bildirib.
Hökumət başçısının sözlərinə görə, Bratislava Ukrayna üçün nəzərdə tutulan əvvəlki 90 milyard avroluq kredit proqramında da iştirak etməyib və mövqeyini dəyişmək niyyətində deyil.
Fitso qeyd edib ki, Slovakiya Kiyevə humanitar yardım göstərməyə davam edir. Lakin onun fikrincə, Rusiya-Ukrayna münaqişəsinin uzanmasına şərait yaradan hərbi kreditdə iştirak etmək üçün heç bir əsas yoxdur.
Məsələnin bazar ertəsi Bratislavada müzakirə olunması planlaşdırılır. Görüşdə Polşa, Çexiya, Slovakiya və Macarıstanın baş nazirləri, həmçinin Avstriyanın Kansleri iştirak edəcəklər.
Xatırladaq ki, daha əvvəl Almaniya Kansleri Fridrix Merts bildirib ki, Aİ-nin bütün üzv dövlətləri 2027-ci ildə və sonrakı dövrdə Ukraynaya maliyyə dəstəyi öhdəliyini üzərinə götürməsə, ittifaqın növbəti yeddiillik büdcəsi bloklana bilər.
Buna cavab olaraq Robert Fitso Berlinin təzyiqlərinə boyun əymək niyyətində olmadığını bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 22 Noyabr 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















