Slovakiyaya “Drujba” boru kəməri ilə neft tədarükü bərpa edildi
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Slovakiyaya “Drujba” boru kəməri ilə neft axını bərpa olunub.
Redaktor.az xəbər verir ki, Slovakiyanın İqtisadiyyat Nazirliyi ölkəyə neft axınının yerli vaxtla təxminən saat 02:00-da başladığını açıqlayıb.
Məlumata görə, Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova bir gün əvvəl “Drujba” boru kəməri ilə neft tədarükünün 23 apreldə bərpa olunacağını bildirmişdi.
Qeyd olunub ki, Ukrayna tərəfinin blokadası səbəbindən Macarıstan və Slovakiya 27 yanvardan etibarən “Drujba” vasitəsilə Rusiya neftini ala bilmirdi. Bu vəziyyət regionda enerji təchizatı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Xatırladılıb ki, Macarıstanın Baş naziri Viktor Orban neft tədarükü bərpa olunana qədər Ukraynaya 90 milyard avroluq Aİ kreditinə veto qoymayacağını bildirmişdi.
Həmçinin Macarıstanda seçkilərdə qalib gələn “Tisza” Partiyasının lideri Peter Magyar Ukrayna Prezidenti Volodimir Zelenskini boru kəməri üzrə tədarükün tezliklə bərpası üçün çağırış etmişdi.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 23 Aprel 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















