Rusiya qazının Türk axını boru kəməri ilə Slovakiyaya tədarükü bərpa edildi
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"Türk axını" boru kəməri ilə Rusiya qazının Slovakiyaya tədarükü bərpa edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso öz "Facebook" səhifəsində məlumat verib.
"Rusiya qazı "Türk axını" boru kəməri vasitəsilə Slovakiyaya daxil olmağa başlayır. Bu, Rusiya və Türkiyənin birgə səyləri nəticəsində mümkün olub və buna görə onlara təşəkkür etmək lazımdır", - deyə Fitso qeyd edib.
Qeyd edək ki, daha əvvəl Rusiyanın "Qazprom" şirkətinin fevralın 1-dən "Türk axını" qaz kəməri ilə Slovakiyanın ən böyük enerji operatoru olan SPP-yə qaz tədarük etməyə başladığı bildirilmişdi.
Xatırladaq ki, bu ilin əvvəlindən Slovakiyaya Ukrayna üzərindən qaz tədarükü dayandırılmışdı.
Bu mövzuda digər xəbərlər:“Türk axını” ilə Rusiya qazının Slovakiyaya tədarükü artıb
10 Aprel 2025 01:50
Fiko: Rusiya qazının Slovakiyaya tədarükü təhlükəsizdir
25 Sentyabr 2025 17:16
Qazprom Türk axını ilə Slovakiyaya qaz tədarükünə başlayıb
06 Fevral 2025 14:30
Yozef Hrabina: “Azərbaycan qazının Slovakiyaya tədarükü Rusiya yanacağına yeganə alternativ ola bilər”
06 Yanvar 2025 16:28
Rusiyadan Çinə boru kəməri qazının tədarükü artıb.
20 Oktyabr 2025 05:52
Baxış sayı:78
Bu xəbər 11 Fevral 2025 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















