Icma.az
close
up
RU
Şlyapa Zahid in məhkəmə prosesində yeni təfərrüat məlum olub

Şlyapa Zahid in məhkəmə prosesində yeni təfərrüat məlum olub

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müdafiə Nazirliyinin mülki əməkdaşı olmuş Zahid Niftəliyevin (Şlyapa Zahid) 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə baxışı keçirilib.

Oxu.Az-ın məlumatına gorə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxsin vəkili Əli Adıgözəlov məhkəməyə vəsatət verərək müvəkkilinin mobil telefonunun anten məlumatlarının əldə olunmasını istəyib:

"Zahid Niftəliyev deyir ki, o, nə kredit üçün müraciət edib, nə də sözügedən bankda olub. Biz onun anten məlumatlarının, telefon danışıqlarının əldə olunmasını istəyirik ki, müəyyən edək, o, banka gedib, ya yox".

Vəsatət təmin olunmayıb.

Vəkilin növbəti vəsatəti MN-nin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun, ləğv edilmiş "AtaBank"ın idarə heyətinin keçmiş sədri Dəyanət Quliyevin və həmin bankın kassiri Barat Hüseynovun məhkəməyə çağırılması ilə bağlı olsa da, məhkəmə bunu da təmin etməyib.

Daha sonra Mahir Rəfiyevin ibtidai istintaqa verdiyi ifadə elan olunub. O bildirib ki, "AtaBank"ın səhmdarlarından biri olub. Keçmiş vergilər naziri Fazil Məmmədovun göstərişi ilə "AtaBank"dan Nəcməddin Sadıkovun göndərdiyi şəxsə kreditin təyin olunmasını təmin edib. O, Nəcməddin Sadıkovun göndərdiyi şəxsin "Şahin-CO"nun təsisçisi olduğunu bildiyi Zahid Niftəliyevə krediti təyin edib.

Z.Niftəliyev bildirib ki, o, iki dəfə şirkətin ləğv olunması ilə bağlı olduğu deyilən sənədləri imzalayıb: "İndi mən başa düşdüm ki, onlar mənə oyun oynayıblar. Mən Fazil Məmmədov işdən çıxandan sonra bildim ki, adıma kredit var".

Hakim Mahir Rəfiyevin məhkəməyə çağırılmasına ehtiyac olmadığını bildirərək vəsatəti təmin etməyib.

Növbəti proses iyunun 25-nə təyin olunub.

Qeyd edək ki, Zahid Niftəliyev rüşvətalma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib.

Azadlığa buraxıldıqdan sonra o, DTX-nin İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apelyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən, Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hazırda DTX-da istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında "Şlyapa Zahid" ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq "AtaBank" ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə "Şahin-CO" adlı şirkət yaradıb. Şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə "AtaBank" ASC-yə müvafiq məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub.

O, götürülmüş kreditin ləğv prosesində olan "AtaBank" ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-da cinayət işi açılıb.

Elgün Həsənli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 İyun 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri