Icma.az
close
up
RU
“Şlyapa Zahid”: “Mən nə 42 milyon manatlıq kredit görmüşəm, nə də kredit ödəmişəm”

“Şlyapa Zahid”: “Mən nə 42 milyon manatlıq kredit görmüşəm, nə də kredit ödəmişəm”

Tribuna saytına istinadən Icma.az xəbər verir.

Külli miqdarda mənimsəmədə ittiham olunan, Müdafiə Nazirliyinin sabiq əməkdaşı, “Şlyapa Zahid” ləqəbli Zahid Niftəliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Oxu.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən iclas təqsirləndirilən Z.Niftəliyevin vəkili Əli Adıgözəlovun suallarını cavablandırmaqla davam edib.

Zahid Niftəliyev “Atabank”da adına rəsmiləşdirilmiş 42 milyon manat kreditlə bağlı məsələyə aydınlıq gətirərək vurğulayıb ki, bundan xəbərsiz olub. Kreditin onun adına rəsmiləşdirilməsini isə keçmiş vergilər naziri Fazil Məmmədov dünyasını dəyişdikdən sonra öyrəndiyini deyib. Z.Niftəliyev Nəcməddin Sadıkovun göstərişi ilə sadəcə, müqavilələrə imza atdığını deyib. Kredit götürülən müddətdə Z.Niftəliyevin adından banka müxtəlif vaxtlarda müəyyən məbləğlərin ödənilməsi məsələsinə gəlincə isə bildirib ki, banka hər hansı borcun ödənilməsindən xəbəri olmayıb:

“Mənim adıma saxta şirkət açaraq əməliyyatlar aparıblar. Bunu hansı vicdansız edibsə, o da cavab versin”.

Məhkəmənin növbəti iclası noyabrın 27-nə təyin olunub.

Qeyd edək ki, Zahid Niftəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən həbs olunub.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, Z.Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “Atabank”dan götürülmüş 42 milyon manatlıq kredit üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq üçün “Şahin-CO” adlı şirkət yaradıb, şirkətin təsərrüfat və maliyyə vəziyyəti barədə “Atabank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “Atabank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib. Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2 maddəsi ilə cinayət işi açılaraq, toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 06 Noyabr 2024 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see282

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see185

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see165

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see153

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see144

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see141

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see139

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see138

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see138

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see137

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see137

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see136

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see136

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see134

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see132

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see131

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see129

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see129

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri