Icma.az
close
up
RU
"Şlyapa Zahid": "Mən nə 42 milyon manatlıq kredit görmüşəm, nə də kredit ödəmişəm"

"Şlyapa Zahid": "Mən nə 42 milyon manatlıq kredit görmüşəm, nə də kredit ödəmişəm"

Icma.az bildirir, Bakupost portalına istinadən.

Külli miqdarda mənimsəmədə ittiham olunan, Müdafiə Nazirliyinin sabiq əməkdaşı, "Şlyapa Zahid" ləqəbli Zahid Niftəliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakupost.az -ın Oxu.az-a istinadla məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən iclas təqsirləndirilən Z.Niftəliyevin vəkili Əli Adıgözəlovun suallarını cavablandırmaqla davam edib.

Zahid Niftəliyev "Atabank"da adına rəsmiləşdirilmiş 42 milyon manat kreditlə bağlı məsələyə aydınlıq gətirərək vurğulayıb ki, bundan xəbərsiz olub. Kreditin onun adına rəsmiləşdirilməsini isə keçmiş vergilər naziri Fazil Məmmədov dünyasını dəyişdikdən sonra öyrəndiyini deyib. Z.Niftəliyev Nəcməddin Sadıkovun göstərişi ilə sadəcə, müqavilələrə imza atdığını deyib. Kredit götürülən müddətdə Z.Niftəliyevin adından banka müxtəlif vaxtlarda müəyyən məbləğlərin ödənilməsi məsələsinə gəlincə isə bildirib ki, banka hər hansı borcun ödənilməsindən xəbəri olmayıb:

"Mənim adıma saxta şirkət açaraq əməliyyatlar aparıblar. Bunu hansı vicdansız edibsə, o da cavab versin".

Məhkəmənin növbəti iclası noyabrın 27-nə təyin olunub.

Qeyd edək ki, Zahid Niftəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən həbs olunub.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, Z.Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq "Atabank"dan götürülmüş 42 milyon manatlıq kredit üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq üçün "Şahin-CO" adlı şirkət yaradıb, şirkətin təsərrüfat və maliyyə vəziyyəti barədə "Atabank" ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan "Atabank" ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib. Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2 maddəsi ilə cinayət işi açılaraq, toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 Noyabr 2024 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see167

Rusiya və İrana gedən siyasətçi həbs edildi

28 Sentyabr 2025 00:51see154

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see149

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see136

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see136

Xankəndiyə döyüşərək girən, Qarabağ Universitetində təhsil alan İlqar: Elə burada da evlənəcəm...

27 Sentyabr 2025 23:30see134

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see134

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see132

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see131

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr 2025 16:55see131

Skuterdə sürəti aşdı, başı svetafora girdi

27 Sentyabr 2025 22:51see131

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see130

Bakıda 76 yaşlı kişini maşın vurub öldürdü

27 Sentyabr 2025 19:33see129

Haber Global : İkinci Qarabağ müharibəsi ilə bağlı Ankarada əlamətdar mərasim keçirilib

27 Sentyabr 2025 16:58see126

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see126

Rusiyada saxta spirtli içki kabusu: Daha bir bölgədə ölüm halları qeydə alındı

27 Sentyabr 2025 16:45see124

Azərbaycandan gələn maşında heroin aşkarlandı KONKRET

27 Sentyabr 2025 15:53see120

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see119

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see119

Ukraynanın bir çox bölgəsi Rusiya PUA larının hücumuna məruz qalıb

28 Sentyabr 2025 03:25see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri