Smartfon istifadəsinə MƏHDUDİYYƏT İnformasiya “zəhərlənməsi”nə SƏBƏB olur?
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Yaponiyanın Toyoake şəhərində maraqlı qərar qəbul edilib. Gənclərin yuxu rejimini yaxşılaşdırmaq və sosial həyatı dəstəkləmək məqsədilə smartfonların əyləncə məqsədli istifadəsi simvolik olaraq gündə cəmi iki saatla məhdudlaşdırılıb.
Bəs belə bir qərarın Azərbaycanda da tətbiq olunması məqsədəuyğun olardımı?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən psixoloq Vəfa Əkbər bildirib ki, belə məhdudiyyətlərin qoyulması insan psixologiyasının qorunmasına xidmət edir:
“Smartfonlar əyləncə funksiyası ilə yanaşı, informasiya əldə etmə vasitəsi kimi də istifadə olunur. Lakin bu, bəzən informasiya zəhərlənməsinə gətirib çıxarır. Uzunmüddətli telefon istifadəsi yorğunluq, yuxusuzluq, sosial şəbəkələrdə isə filtirli həyat tərzi insanlarda özünü yetərsiz hiss etmə hallarını artırır. Mavi ekran effekti isə melatonin ifrazını azaldaraq yuxu pozğunluqlarına səbəb olur”, - deyə o qeyd edib.
Psixoloqun fikrincə, belə məhdudiyyətlər sərt qanun kimi deyil, daha çox maarifləndirici xarakter daşımalıdır:
“Telefon istifadəsinin azaldılması insanların birbaşa ünsiyyətini artırır. Düşünürəm ki, bu addım qadağa şəklində yox, maarifləndirmə yolu ilə həyata keçirilsə, daha səmərəli olar”.
Aygün Hüseyn, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 05 Oktyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















