Smartfonların tez enerji itirməsinin əsas SƏBƏBLƏRİ
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Smartfonların tez enerji itirməsinin əsas səbəbləri açıqlanıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə news.ru portalında ekspertlərin rəylərinə əsasən məqalə dərc olunub.
Bildirilib ki, smartfonların enerjisinin tez tükənməsinin əsas səbəblərindən biri fon rejimində çalışan tətbiqlərdir. Xüsusilə sosial şəbəkə platformaları, naviqasiya proqramları və e-poçt tətbiqləri daha çox enerji sərf edir.
Bundan əlavə, hava proqnozu, fitnes-trekerlər və geolokasiya xidmətləri kimi tətbiqlər də batareyanın enerji ehtiyatını gizli şəkildə azaldır.
"Wi-Fi", "NFC" və "Bluetooth" modullarının da daim aktiv olması əlavə enerji sərfiyyatına səbəb olur.
Mütəxəssislər batareyanın ömrünü uzatmaq üçün enerji sərfiyyatına nəzarət etməyi, enerji çox sərf edən tətbiqlərin fon fəaliyyətini məhdudlaşdırmağı və ya bu tətbiqləri tamamilə bağlamağı tövsiyə edirlər.
Həmçinin enerji qənaət rejiminin aktivləşdirilməsi və istifadə olunmayan tətbiqlərin silinməsi də faydalı hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 11 Aprel 2025 07:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















