Soyuqdəymənin əsas səbəbləri
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Ümumi praktik həkim Syuzanna Uayli hesab edir ki, tez-tez baş verən soyuqdəymələr adətən immunitet problemlərinə görə yox, həyat tərzi ilə bağlıdır.
Redaktor.az xəbər verir ki, o, insanların niyə davamlı olaraq xəstələndiyini "HuffPost" jurnalına müsahibəsində açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, tez-tez soyuqdəymənin əsas səbəbləri altı faktordan ibarətdir. İlk növbədə bu, xroniki stressdir. “Daimi gərginlik kortizol hormonunun səviyyəsini artırır, bu da immuniteti zəiflədir və orqanizmin infeksiyalarla mübarizə qabiliyyətini azaldır”, — deyə həkim izah edib.
Həmçinin keyfiyyətli yuxu da çox önəmlidir: dərin yuxu fazalarında immuniteti dəstəkləyən maddələr ifraz olunur, yuxusuzluq isə bərpa prosesini ləngidir və çətinləşdirir.
İki digər risk faktoruna isə siqaret çəkmə və spirtli içkilərin qəbulu daxildir. Uayli bildirib ki, siqaret ağciyərlərin fəaliyyətini zəiflədir və infeksiyaların bədəndən çıxmasını ləngidir, spirt isə immun hüceyrələrini zəiflədir, yuxunu pozur və dehidrasiyaya səbəb olur. Həkim xəbərdarlıq edib ki, xəstəlik zamanı hətta az miqdarda spirt qəbul etmək belə sağalma prosesini ləngidə bilər.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 03 Fevral 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















