Icma.az
close
up
RU
SNdə Belçika səfiri ilə görüş keçirilib

SNdə Belçika səfiri ilə görüş keçirilib

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Azərbaycan Səhiyyə Nazirliyində Belçikanın Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepon ilə görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün imkanların mövcudluğunu diqqətə çatdırıb.

Teymur Musayev, həmçinin tibb işçilərinin təcrübə mübadiləsi və bacarıqlarının təkmilləşdirilməsi üçün treninqlərin təşkilinin mümkünlüyünü qeyd edib. Nazirin sözlərinə görə, əczaçılıq sənayesində əməkdaşlıq potensialı da mövcuddur.

Öz növbəsində Julien de Frepon Azərbaycanın Səhiyyə Nazirliyi ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Dekabr 2024 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri