Icma.az
close
up
RU
SNdə UNICEFin Azərbaycandakı nümayəndəsi ilə görüş keçirilib

SNdə UNICEFin Azərbaycandakı nümayəndəsi ilə görüş keçirilib

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Səhiyyə Nazirliyində BMT-nin Uşaq Fondunun (UNİCEF) ölkəmizdəki nümayəndəsi xanım Saca Faruq Abdullah ilə görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə UNİCEF arasında əlaqələrin çoxşaxəli olduğunu vurğulayıb: “Ötən müddət ərzində səhiyyə, təhsil, ana və uşaqların sağlamlığının qorunması kimi müxtəlif istiqamətlərdə uğurlu layihələr həyata keçirilib”.

Teymur Musayev Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda ana və uşaq sağlamlığının qorunmasında xidmətlərin təkmilləşdirilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb.

Nazir, vaksin preparatlarının da Azərbaycana UNICEF xətti ilə gətirildiyini vurğulayıb.

Noyabrda Bakıda keçirilən COP29-un mahiyyətini vurğulayan nazir tədbir çərçivəsində Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunan “İqlim dəyişikliyinin sağlamlığa təsirlərinə hazırlıq və onlara cavab olaraq səhiyyə sahəsində kadr potensialının gücləndirilməsi” mövzusunda panel müzakirəslərini qeyd edib. Həmçinin, Azərbaycan Tibb

Universitetində (ATU) 2024/25-ci tədris ilindən etibarən ATU-nun ikinci kurs tələbələrinə "İqlim dəyişikliyi və sağlamlıq" fənninin tədris olunduğu diqqətə çatdırılıb.

Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.

Öz növbəsində Saca Faruq Abdullah xatırladıb ki, BMT-nin Uşaq Fondu Azərbaycanda fəaliyyətə 1993-cü ildə başlayıb: “UNICEF uşaqlar uçun daha yaxşı gələcəyin qurulması və onların tam potensiallarının inkişaf etməsi üçün imkanların yaradılmasında Azərbaycan Hökuməti ilə yaxından işləmək öhdəliyinə sadiqdir”.

Azərbaycan ilə UNİCEF arasında tərəfdaşlıq səviyyəsini yüksək qiymətləndirən Saca Faruq Abdullah 2021-2025-ci illər üzrə Əməkdaşlıq Proqramı çərçivəsində birgə fəaliyyət qarşılıqlı əlaqələrin davam etdirilməsində mühüm rol oynadığını qeyd edib.

Sonda tərəflər prioritet istiqamətlər üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Dekabr 2024 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see353

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see339

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see272

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see261

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see255

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see252

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see239

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see235

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see230

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see225

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see213

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see208

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see201

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see201

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see199

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see191

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see190

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see186

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see185

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri