Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

Sobhaninin sonuncu “antisülh” nəğməsi

Sobhaninin sonuncu “antisülh” nəğməsi

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Diplomatik vida, yoxsa təxribata sadiqlik?

Zəngəzur dəhlizi (TRIPP) Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən strateji nəqliyyat yoludur. Bu layihə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilmiş və regionda nəqliyyat əlaqələrinin gücləndirilməsi, iqtisadi inkişafın təmin edilməsi məqsədini daşıyan uzunmüddətli strateji planın bir hissəsidir. Layihəyə region ölkələri tərəfindən də dəstək ifadə olunub.

Əvvəllər Zəngəzur dəhlizindən (TRIPP) ən çox narahat olan İran idisə, zamanla o da layihəni qəbul etməyə başlayıb. Buna baxmayaraq, İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin dəhliz ətrafındakı “narahatlığı” bitib-tükənmir. Bir vaxtlar “Zəngəzur dəhlizi olmayacaq!” deyən Sobhani, indi bəzi “risk”ləri dilə gətirir. Ümumiyyətlə, Mehdi Sobhani Ermənistanda səfir işlədiyi iki il üç ayda obyektiv mövqeyi ilə deyil, Azərbaycana qarşı mənfi açıqlamaları ilə tanınıb. Onun çıxışlarında hər zaman anti-Azərbaycan ritorikası özünü göstərib. Ermənistanın destruktiv siyasətinə bəraət qazandırmaq, az qala, Sobhaninin “hobbi”sinə çevrilmişdi. Diplomatik fəaliyyəti ərzində dəfələrlə Azərbaycana qarşı dolayı və açıq “kin püskürən” Sobhani vida mərasimində də bu “antisülh missiyasından” əl çəkməyib.

Diplomatların vida mərasimləri adətən xoş niyyət və arzularla, gələcəyə ümidlə müşayiət olunur. Lakin Ermənistanı tərk etməyə hazırlaşan səfir Mehdi Sobhani bu ənənəni də pozub. Onun iki gün bundan əvvəl keçirdiyi mətbuat konfransı vida nitqindən çox, bölgədə sülhə qarşı yönəlmiş təxribat manifestinə bənzəyib. Sobhani həmişəki kimi, bölgədə sabitliyə kölgə salan fikirlər səsləndirib. O, əvvəlcə Zəngəzur dəhlizini (TRIPP) “Dünyanın kəsişməsi” layihəsi adlandırıb, bu təşəbbüsün gerçəkləşməsinə dəstəyini ifadə edib. Həmçinin sabiq səfir deyib: “Biz bütün ölkələrə regionda mövcud nəqliyyat marşrutlarından istifadə etməyə imkan verəcək “Dünyanın kəsişməsi” (Zəngəzur dəhlizi–TRIPP) layihəsini dəstəklədiyimizi bildirdik. Avqustun 8-dəki bəyanatda buna cavab aydın görünür. Əgər məsələyə qarşılıqlı prinsip əsasında baxsaq, o zaman Naxçıvan Azərbaycanla, Ermənistan isə öz növbəsində Yerasx və Culfa vasitəsilə İranla əlaqə yarada bilər. Əgər azərbaycanlılar Ermənistan vasitəsilə qurudan Azərbaycana çata bilirlərsə, bu, Ermənistan vətəndaşlarına da şamil edilməlidir, onlar Naxçıvandan İrana gedə bilərlər”.

İranlı diplomatın manipulyativ sözləri bununla da bitməyib. O, əlavə edib ki, əgər bütün ölkələr bu nəqliyyat imkanlarından yararlana bilsələr, bu, hamının marağında olar, ona görə də heç kim etiraz etməz: “Bizə aydın olmayan yol operatorunun hərəkətlərinə aiddir. Bu məsələ ilə bağlı təfərrüatlar hələ də bəlli deyil. Söhbət həm də investisiya cəlb edəcək birgə müəssisənin yaradılması ətrafında müzakirələrdən gedir. Hər şey aydın olandan sonra biz qiymət verə bilərik. Hələlik bu suallar cavabsız qalır”. Son olaraq diplomat qeyd edib ki, risk bu layihənin bir hissəsi həyata keçirildikdə, digəri həyata keçirilməyəndə yaranacaq. Yəni yolların bir hissəsi istifadə olunacaq, digər hissəsi istifadə edilməyəcək.

Məsələ burasındadır ki, Sobhani “Dünyanın kəsişməsi” layihəsinə, guya, dəstək bəyan etsə də, onun çıxışında ikibaşlı, çaşqınlıq yaradan mesajlar açıq-aşkar sezilir. Sabiq səfirin fikirləri həm tarixi, həm hüquqi, həm də geosiyasi reallıqları saxtalaşdırmaqdan başqa bir şey deyil. Çünki Naxçıvanla Azərbaycanın əsas torpaq hissəsi arasındakı yolun bərpası Azərbaycan xalqının və beynəlxalq hüququn tələbidir. Ermənistanın İranla əlaqə qurması isə tamamilə başqa müstəvidə müzakirə ediləcək məsələdir və bunu Naxçıvan məsələsi ilə eyniləşdirilmək sadəcə hiyləgərlikdir.

Digər bir məqam sabiq səfirin “bu yollar hamının marağındadır, heç kim etiraz etməz” deyərək görüntü yaratmağa çalışmasıdır. Məlum olduğu kimi, Zəngəzur dəhlizi (TRIPP) təkcə regional deyil, həm də qlobal layihədir. Əgər belə olmasaydı dünyanın “supergücləri” buna dəstək verməzdi. Bu dəhlizin açılmasında qonşu ölkələrlə yanaşı, Çin, ABŞ, Rusiya və Qərb dövlətləri də maraqlıdır. Amma bundan daha vacibi, yəni bölgədə “hamının marağına xidmət edən” məsələ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasıdır. Bu da Ermənistanın boynuna götürdüyü öhdəliklərini icra etməsindən asılıdır. Lakin bu barədə sabiq səfir bir kəlmə belə deməyib. Onun “risk” barədə danışması da açıq mesajdır. Sobhaniyə görə, əgər Ermənistan gələcəkdə üzərinə düşəni etməsə belə, günah Ermənistanda olmayacaq. Halbuki bu günə qədər Cənubi Qafqazda yaranan bütün risklər məhz rəsmi İrəvanın yanlış siyasəti ucbatından olub.

Tural İSMAYILOV,
politoloq

İranın Ermənistandakı keçmiş səfiri Mehdi Sobhani vida çıxışında yenə diplomatik etiketi aşaraq, mənasız və əsassız bəyanatla çıxış edib. Onun Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında yolun açılmasını Ermənistanın İrana çıxışı ilə eyniləşdirməsi nə beynəlxalq hüquqa, nə də regionun real siyasi gündəminə uyğun gəlir. Bu, sadəcə, süni qorxu yaratmaq və prosesi yanlış prizmalarda təqdim etmək cəhdidir.

Əslində, Zəngəzur dəhlizi İran əleyhinə deyil, əksinə, Tehranın da tranzit imkanlarını artıracaq bir layihədir. Amma səfir bu həqiqəti görməzdən gələrək, Ermənistanda “antisülh missiyası” yürüdür və reallığı təhrif etməklə məşğuldur.

Sobhani bu cür açıqlamalarla Ermənistanı sanki İranın təsir dairəsində saxlamağa çalışır. İrəvanda sülh mühitini gücləndirmək əvəzinə, səfir gərginliyi körükləyən mövqe sərgiləyir. Sobhani vida çıxışında diplomata yaraşmayan tərzdə danışaraq, Ermənistan cəmiyyətinə yanlış mesajlar ötürməyə çalışıb. Onun bu davranışı, guya, İranın regiondakı proseslərə obyektiv yox, birtərəfli və qərəzli yanaşdığını göstərməyə xidmət edir. Sabiq səfirin dedikləri faktlara deyil, siyasi manipulyasiyalara əsaslanır və Ermənistan ictimai rəyini çaşdırmaq məqsədi güdür. Azərbaycanın Naxçıvanla əlaqəsinin bərpasını İran üçün “təhlükə” kimi təqdim etmək, sadəcə, populist ritorikadır. Belə bəyanatlar həm də Ermənistan rəhbərliyini reallıqdan uzaqlaşdırır və sülh danışıqlarını zəhərləyir.

Əgər Sobhani regiona sülh gətirəcək layihəni bu cür təhrif edirsə, deməli, o, diplomatiya ilə yox, təxribatla məşğuldur. Onun bu yanaşması, əslində, rəsmi Tehranı çıxılmaz vəziyyətə salır. Çünki nə regional dövlətlər, nə də beynəlxalq oyunçular bu arqumentləri qəbul etmir. Sobhani sanki Ermənistanın inkişafını yox, təcridini arzulayır. Halbuki kommunikasiya xətləri açıldıqca bölgədə həm iqtisadi, həm də siyasi sabitlik güclənəcək. Onun mənasız açıqlamaları isə bu prosesə kölgə salmaq cəhdindən başqa bir şey deyil.

Musa BAĞIRLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Sentyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see510

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see322

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see259

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see255

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see250

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see248

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see238

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see230

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see214

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see210

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see207

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see202

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see198

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see198

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see192

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see190

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see189

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see184

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see184

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri