Icma.az
close
up
RU
Antisülh simfoniyasının son akkordları: Makron Fransası iş başında

Antisülh simfoniyasının son akkordları: Makron Fransası iş başında

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cənubi Qafqazda davamlı sülhə əngəl olmaq cəhdlərinə baxmayaraq, reallıq dəyişməz olaraq qalır. Proses Azərbaycanın diktəsi və təşəbbüsü ilə ikitərəfli formatda, heç bir vasitəçinin "xidmətlər"inə ehtiyac duyulmadan davam edir.

Sülh və sabitlik hər bir regionun iqtisadi inkişafının əsas şərtidir. Cənubi Qafqaz uzun illərin qanlı müharibələrindən sonra davamlı və layiqli sülhə heç vaxt indiki qədər yaxın olmayıb. Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra tərəflərin ritorikası və mesajları bu qənaətə gəlməyə əsas verir. Sanki sülh əl uzatsaq çatacaq qədər yaxınımızdadır. Ancaq təəssüflər ki, bu məsafəni yenidən uzatmağa çalışan qüvvələr var.

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Makron Fransası iş başında

Bu qüvvələrin başında həmişə olduğu kimi, yenə də Emmanuel Makron Fransası dayanır. Paris 2022-ci ildəkinə bənzər şəkildə yaxınlaşan sülh axınının istiqamətini çıxmaza yönəltmək üçün əməli fəaliyyətə keçib. İyulun 22-də Fransa Milli Assambleyasındakı "Sağ Respublikaçılar" qrupunun rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye, habelə həmin dostluq qrupunun sədr müavini Aleksandr Marten tərəfindən "Ermənistanla strateji tərəfdaşlığı imzalamaqla onu Azərbaycanla sülh səylərində dəstəkləmək və Azərbaycanda saxlanılan Artsax siyasi məhbuslarının azad edilməsinə tələb etmək məqsədini daşıyan" Avropa Qətnaməsi təşəbbüsü irəli sürülüb. Sülh prosesinə əngəl yaradacağı əsas gətirilərək Bakı və İrəvan arasında ikitərəfli razılaşmalar əsasında sülh gündəmindən çıxarılan məqamların əks olunduğu bu bədnam qətnamə layihəsinin indiki məqamda ortaya atılması təsadüfi sayıla bilməz.

Antisülh simfoniyasının son akkordları

Qətnamədə yer alan bölgədən könüllü şəkildə çıxıb gedən ermənilərin geri qaytarılması, hərbi cinayətlər törətməkdə ittiham olunan ermənilərin sərbəst buraxılması kimi iddialar hətta İrəvanın özü tərəfindən də dəstəklənmir. Ancaq Parisin bəzi üzdəniraq siyasətçiləri erməni lobbisindən aldıqları milyonların haqqını vermək üçün ikitərəfli razılaşmaları gözardı etməkdən belə çəkinmirlər. Bu "təşəbbüs" Makron hakimiyyətinin də maraqlarına cavab verir. Çünki Cənubi Qafqazdakı casus fəaliyyətinə endirilən ağır zərbə, sülh prosesindən Bakının dəmir siyasi iradəsi ilə kənara atılması Parisin siyasi ambisiyalarına ciddi zərbə vurub. Sülh müqaviləsinin imzalanması və kommunikasiyaların fransız üslubuna uyğun olmayan şərtlərlə açılması isə bu prosesdə son öldürücü zərbə sayılır. Paris tamamilə nokauta düşməmək üçün özünün antisülh simfoniyasının son akkordlarını çalır.

Eyni anda iki "təşəbbüs"

Əslində sülhə əngəl olmaq üçün başlayan bu kampaniyanın start düyməsinin haradan basıldığı heç kimə sirr deyil. Prosesin əsas təşəbbüskarı mövcudluğunu, qazanc mənbəyini Azərbaycan və Ermənistan arasında hərbi münaqişənin varlığından əldə edən erməni lobbisidir. Fransa ilə eyni anda ABŞ Konqresində də təxminən eyniməzmunlu müraciətin hazırlanması bu iddiaları doğruldur. 87 konqresmen ABŞ Prezidenti Donald Trampın administrasiyasına müraciət edib. Onlar Qarabağı könüllü tərk edən ermənilərin bölgəyə qayıtmasına dəstək verilməsinə çağırış ediblər. Müraciətə imza atanlar isə həmişə olduğu kimi, özünün qatı anti-Azərbaycan mövqeyi ilə seçilən Frenk Pallone, Qas Bilirakis, Bred Şerman və Devid Valadaon kimi adlardır.

Trampın ermənipərəstlərə qarşı duruşu

Maraqlıdır ki, ermənipərəst konqresmenlərdən fərqli olaraq, Donald Tramp şəxsən Azərbaycan və Ermənistan arasında tezliklə sülhün əldə ediləcəyini bəyan edir. Prezident İlham Əliyev Ağ Ev rəhbərinə Cənubi Qafqazda sülhə dəstək təşəbbüslərinə görə təşəkkür ünvanlayır. Vaşinqton Cənubi Qafqazda kommunikasiyaların açılması istiqamətində addımlar atır. Bütün bunların fonunda erməni lobbisi və əlaltıları ABŞ-nin maraqlarına zidd addımlar atmaqdan çəkinmir. Ancaq Trampın ermənipərəst konqresmenlərlə bağlı duruşu da bir çox məqamlardan xəbər verir. Məsələn, Tramp ermənipərəst senator Adam Şiffi oğru adlandırıb. Onun həbsi üçün artıq düyməyə basıldığı bildirilir. Ondan əvvəl Konqresdə erməni lobbisinin əsas dayaqlarından sayılan və anti-Azərbaycan təbliğatın əsas siması olan senator Robert Menendes də rəsmi ittihamlarla üz-üzə qalıb. O, rüşvətxorluq, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək kimi 16 federal ittiham üzrə mühakimə olunur. Senatoru 20 ilə qədər həbs gözləyir.

Siyahı bununla da yekunlaşmır

Sülhə mane olanların siyahısı bununla da yekunlaşmır. Söhbət Azərbaycanın qonşuları İran və Rusiyadan gedir. Kreml sözdə sülh təşəbbüslərini dəstəklədiyini bəyan etsə də, ikitərəfli razılaşmalar formatının onun nəzarətindən kənarda uğur qazanmasını həzm edə bilmir.

İranda isə vəziyyət daha acınacaqlıdır. Prezident Məsud Pezeşkianın Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduqlarını bəyan etməsinə baxmayaraq, Tehranın bəzi dairələrinin, xüsusilə də molla rejiminin danışan dilləri Bakını hədəf almaqdan çəkinmirlər. Məsələn, sülh yolunda ən mühüm məqamlardan olan Zəngəzur dəhlizinin açılması məsələsini "Sepah Pasdaran" Teleqram kanalı "İran və Rusiyanı mühasirəyə alan tələ" kimi təqdim edir. Dini lider Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi ilə bağlı köhnə iddiaları yenidən gündəmə gətirir.

Cənubi Qafqazda davamlı sülhə əngəl olmaq cəhdlərinə baxmayaraq, reallıq dəyişməz olaraq qalır. Proses Azərbaycanın diktəsi və təşəbbüsü ilə ikitərəfli formatda, heç bir vasitəçinin "xidmətlər"inə ehtiyac duyulmadan davam edir. Sülh axının istiqamətini məhz rəsmi Bakı müəyyənləşdirir. Artıq müsbət dinamika və nəticələr də var. Sülhə əngəl olan məqamlar bir-bir ortadan qaldırılır. Sülh simfoniyasının son notları da Azərbaycanın şərtləri və tələbləri əsasında yazılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:327
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Avqust 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri