SOCAR: 1 ton neftin istehsal maya dəyəri 17 manat da artaraq 160 manatı keçib
Icma.az, Marja.az saytına istinadən bildirir.
SOCAR ölkənin iri şirkətlərindən biri olmaqla neft, qaz, neft-qaz məhsulları və neft-kimya məhsullarının istehsalını və satışını həyata keçirir Neft məhsullarının istehsalına çəkilən xərclərin tərkibində xam neftin hasilatına çəkilən xərclərin xüsusi çəkisini nəzərə alaraq, SOCAR-ın neft-qazçıxarma idarələri üzrə neftin və təbii qazın maya dəyərinin təhlili aparılmışdır. 2024-cü ildə 1 ton neftin istehsal maya dəyəri 160,51 manat (cari məzənnə ilə 94,4 dollar) təşkil etmiş və keçən ilin müvafiq dövrü ilə müqayisədə 16,91 manat və ya 11,8% artmışdır.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2024-cü ilin hesabatına istinada bildirilir.

Qeyd edilib ki, şirkət üzrə neft in hasilatı na çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi 3,1%, yanacaq xərcləri 0,3%, elektrik enerjisi xərcləri 0,8%, əmək haqqı xərcləri 15,7%, sosial sığortaya ayırmalar 3,5%, əsas vəsaitlərin amorti zasiyası 20,4%, əsas vəsaitlərin təmiri və texniki xidmət xərcləri 13,8%, nəqliyyat xərcləri 12,1%, mühafi zə xərcləri 2,5%, mədən vergisi 6,3%, digər vergilər 4,6%, digər xidmətlər üzrə xərclər 13,1%, digər xərclər isə 3,9% təşkil edir.
Qeyd edilib ki, neftin maya dəyərinin artması keçən ilə nisbətən yanacaq xərclərinin, elektrik enerjisi xərclərinin, əmək haqqı və sosial sığorta xərclərinin, əsas vəsaitlərin amorti zasiya xərclərinin, nəqliyyat xərclərinin, digər vergilərin, digər xidmətlər üzrə xərclərin və digər xərclərin artması hesabına baş vermişdir. Belə ki, yanacaq xərclərinin 108 min manat (4,0%), elektrik enerjisi xərclərinin 886 min manat (12,6%), əmək haqqı xərclərinin 12185 min manat (8,0%), sosial sığorta xərclərinin 2203 min manat (6,4%), əsas vəsaitlərin amortizasiya xərclərinin 29419 min manat (15,9%), nəqliyyat xərcləri 15483 min manat (13,9%), digər vergilər 1419 min manat (3,0%), digər xidmətlər üzrə xərclər 14548 min manat (11,8%) və digər xərclər 8752 min manat (27,2%) artmışdır.
 
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:114
Baxış sayı:114 Bu xəbər 15 Sentyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 15 Sentyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















