SOCAR üzrə bir ton neftin istehsal maya dəyəri 160 manatı ötüb
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ötən il SOCAR üzrə 1 ton neftin istehsal maya dəyəri 160,51 manat təşkil edib.
"APA-Economics"in SOCAR-ın illik hesabatına istinadən verdiyi məlumata görə, ötən il şirkət üzrə neftin istehsal maya dəyəri 2023-ci ilin göstəricisi ilə müqayisədə 16,91 manat və ya 11,8% artıb.
Hesabata əsasən, şirkət üzrə neft in hasilatı na çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi 3,1%, yanacaq xərcləri 0,3%, elektrik enerjisi xərcləri 0,8%, əmək haqqı xərcləri 15,7%, sosial sığortaya ayırmalar 3,5%, əsas vəsaitlərin amorti zasiyası 20,4%, əsas vəsaitlərin təmiri və texniki xidmət xərcləri 13,8%, nəqliyyat xərcləri 12,1%, mühafi zə xərcləri 2,5%, mədən vergisi 6,3%, digər vergilər 4,6%, digər xidmətlər üzrə xərclər 13,1%, digər xərclər isə 3,9% təşkil edir.
“Neft in maya dəyərinin artması keçən ilə nisbətən yanacaq xərclərinin, elektrik enerjisi xərclərinin, əmək haqqı və sosial sığorta xərclərinin, əsas vəsaitlərin amorti zasiya xərclərinin, nəqliyyat xərclərinin, digər vergilərin, digər xidmətlər üzrə xərclərin və digər xərclərin artması hesabına baş verib”, - hesabatda qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 15 Sentyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















