Icma.az
close
up
RU
SOCAR Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan tədbirlərdə iştirak edir

SOCAR Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan tədbirlərdə iştirak edir

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan dövlət Neft Şirkəti (SOCAR) əsas tərəfdaşı olduğu "Bakı Enerji Həftəsi" çərçivəsində təşkil olunan 30-cu yubiley "Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi"ndə və "Bakı Enerji Forumu"nda fəal iştirak edir.

BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, ilk dəfə xalqımızın Ümummilli Lideri, yeni enerji strategiyamızın müəllifi Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Beynəlxalq "Xəzər Neft və Qaz Sərgisi" ötən illər ərzində regionda və qlobal miqyasda enerji təhlükəsizliyinə, dayanıqlı tərəqqiyə, səmərəli əməkdaşlığa mühüm töhfə verən platformaya çevrilib.

Builki Beynəlxalq "Xəzər Neft və Qaz Sərgisi"ndə SOCAR "Ədalətli enerji keçidi ilə dayanıqlı gələcəyin gücləndirilməsi" şüarını özündə ehtiva edən stend ilə təmsil olunur.

Stenddə Ulu Öndər Heydər Əliyevin enerji siyasətinə həsr olunmuş foto kompozisiya nümayiş etdirilir. Burada Ümummilli Liderin yeni neft strategiyasının icrasını, dahi şəxsiyyətin neft-qaz sənayemizin inkişafına, neftçilərə yüksək diqqətini əks etdirən nadir fotolar yer alıb.

SOCAR ölkənin enerji sektorunda strateji rol oynamaqla yanaşı, yerli mütəxəssislərin hazırlanmasına və əməkdaşlarının peşəkar inkişafına da böyük önəm verir. Bu istiqamətdə həyata keçirilən müxtəlif təşəbbüslər sayəsində SOCAR işçi heyətinin bilik və bacarıqlarını artırmaqla ölkəmizdə insan kapitalının formalaşmasına mühüm töhfə verir.

Bu təşəbbüslər, SOCAR-da çalışan əməkdaşların peşəkar inkişafında və milli insan kapitalının gücləndirilməsində xüsusi rol oynayır.

Məhz bu baxışın rəmzi kimi, 30-cu yubiley Beynəlxalq "Xəzər Neft və Qaz Sərgisi"ndə SOCAR stendində 30 BANM tələbəsinin, 30 SOCAR könüllüsünün, 30 Gənc İstedadlar Proqramı iştirakçısının və 30 neftçinin fotolarından ibarət kompozisiya nümayiş etdirilir. Bu vizual təqdimat, SOCAR-ın gənclərə və insan kapitalına verdiyi dəyərin ifadəsidir.

Stenddə, eyni zamanda SOCAR-ın neft-qaz platformaları, qazma qurğuları, zavodları, terminalları ilə bağlı tarixi fotolar təqdim olunur.

Ən son innovativ yeniliklərin tətbiq edildiyi stenddə SOCAR-ın fəaliyyət istiqamətlərinə dair məlumatlar müasir texnologiyalar vasitəsilə təqdim olunur. Burada Azərbaycanda və ölkəmizdən kənarda emal, neft-kimya sənayesi, kəşfiyyat, qazma, hasilat sahələrində SOCAR tərəfindən görülən işlər, həmçinin ixrac marşrutları, marketinq və treydinq, insan kapitalı, innovasiya və rəqəmsallaşma istiqamətləri üzrə ən son məlumatları əldə etmək mümkündür.

Enerji keçidi layihələri zonasında quraşdırılan "interaktiv masa"da SOCAR-ın dekarbonizasiya hədəfləri, COP29 çərçivəsində şirkətin imzaladığı əməkdaşlıq sazişləri, bərpaolunan enerji və metan emissiyalarının inventarlaşdırılması və azaldılması layihələri barədə ətraflı məlumatlar təqdim edilir.

Həmçinin stenddə yer alan "Infinity Room" zonasında quraşdırılan nazik LED panellər vasitəsilə də SOCAR-ın müxtəlif layihələri, əldə olunan nəticələri əks etdirən vizual məlumatlar nümayiş olunur.

SOCAR, eyni zamanda, regionun əsas enerji layihələri və enerji təhlükəsizliyi, rəqəmsallaşma kimi məsələlərin müzakirə olunduğu "Bakı Enerji Forumu"nun işində də yaxından iştirak edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://baku.ws
archiveBu xəbər 02 İyun 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri