Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

“Bakı Şəhərsalma Həftəsi” çərçivəsində yeni strateji təqdimat

“Bakı Şəhərsalma Həftəsi” çərçivəsində yeni strateji təqdimat

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Tanınmış siyasi icmalçı Orxan Amaşovun moderatorluq etdiyi tədbirdə BMT Baş katibinin Baş Assambleyanın iştirakçılarına ünvanladığı müraciəti BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç səsləndirdi.

Daha sonra çıxış edənlər – Prezidentin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Milli Məclisin deputatı Vüqar Bayramov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, politoloq Fərhad Məmmədov tarix boyu yeni qlobal nizam formalaşanda Qlobal Cənubun masanın arxasında olmamasından, xüsusilə İkinci Dünya müharibəsindən sonra onun səsinin eşidilmədiyindən, hazırda inteqrasiya olunmuş potensialın və dünya əhalisinin 80 faizinin Cənub ölkələrində yaşamasını nəzərə alaraq, yeni dünya nizamının formalaşmasında, sadəcə, müşahidəçi və tamaşaçıya çevrilməməsinin zəruriliyindən danışdılar. H.Hacıyevin “Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir” fikri isə diplomatik bəyanatdan daha geniş siyasi məna daşıyırdı.

“Qlobal Cənub” anlayışı yenidən gündəmdə

Beynəlxalq münasibətlər sistemində son illər müşahidə olunan ən mühüm dəyişikliklərdən biri “Qlobal Cənub” anlayışının yenidən siyasi diskursun mərkəzinə çıxmasıdır. Qlobal Şimalın iqtisadi və texnoloji üstünlüyü fonunda Qlobal Cənub ölkələri əsasən beynəlxalq sistemin periferiyası kimi təqdim olunurdu. Lakin XXI əsrin ikinci onilliyindən etibarən qlobal güc balansında baş verən dəyişikliklər bu anlayışın mahiyyətini ciddi şəkildə transformasiya etməyə başladı.

Çıxışlarda diqqətçəkən əsas məqamlardan biri Azərbaycanın öz tarixi təcrübəsini Qlobal Cənub diskursu ilə əlaqələndirməsi oldu. Azərbaycan uzun illər geosiyasi təzyiqlər, xarici təsirlər, təhlükəsizlik problemləri və beynəlxalq münasibətlərdə ikili standartlarla üzləşmiş dövlət kimi postkolonial siyasi narrativə yaxın mövqe nümayiş etdirir. Bütün bunlar xüsusilə Qoşulmama Hərəkatına sədrliyi dövründə daha aydın görünməyə başladı. Bakı həmin dövrdə inkişaf etməkdə olan ölkələrin beynəlxalq sistemdə daha ədalətli təmsilçiliyi, vaksin bərabərsizliyi, iqtisadi asılılıq və neomüstəmləkəçilik kimi məsələləri fəal şəkildə gündəmə gətirdi.

Əslində, Azərbaycanın Qlobal Cənub ritorikası həm də dəyişən dünya düzənində özünə yeni strateji mövqe müəyyənləşdirmə cəhdidir. Çünki hazırkı beynəlxalq sistemdə orta güclərin manevr imkanları genişlənir. Qlobal rəqabətin dərinləşdiyi şəraitdə region dövlətləri artıq yalnız böyük güclərin təsir zonasında fəaliyyət göstərmək istəmirlər. Onlar eyni zamanda alternativ siyasi platformalarda iştirak etməyə, çoxtərəfli tərəfdaşlıq modelləri qurmağa və öz geosiyasi çəkilərini artırmağa çalışırlar. Azərbaycan da bu prosesdə özünü Şərq ilə Qərb, Şimal ilə Cənub arasında geostrateji bağlantı nöqtəsi kimi təqdim edir.

Azərbaycan Qlobal Cənubun bir hissəsi kimi

Məsələyə daha dərindən baxdıqda, görünür ki, söhbət dəyişən beynəlxalq sistemdə Azərbaycanın özünə yeni geosiyasi identiklik formalaşdırmaq cəhdindən gedir. Bakı anlayır ki, XXI əsrin beynəlxalq münasibətlər sistemi artıq əvvəlki kimi yalnız böyük güclərin sərt blok siyasəti üzərində qurulmur. Yeni mərhələdə orta güclər, tranzit dövlətlər və regional aktorlar özlərini müxtəlif siyasi platformalar vasitəsilə daha təsirli şəkildə ifadə etməyə çalışırlar. Azərbaycanın Qlobal Cənub diskursuna yaxınlaşması da məhz bu geosiyasi transformasiyanın tərkib hissəsidir. Dünya siyasətində son illərdə müşahidə olunan əsas tendensiya Qərb mərkəzli beynəlxalq idarəetmə modelinin əvvəlki qədər mübahisəsiz qəbul edilməməsidir. Azərbaycanın xarici siyasətində də məhz bu xətt aydın görünür. Bakı eyni zamanda həm Qərblə əməkdaşlıq edir, həm Türk dünyası ilə inteqrasiyanı genişləndirir, həm Çinlə iqtisadi əlaqələri inkişaf etdirir, həm də Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı kimi platformalarda fəallığını artırır.

Məhz burada geoiqtisadi amil ön plana çıxır. Qlobal Cənub ölkələri bu gün dünya əhalisinin böyük hissəsini, strateji təbii resursları və inkişaf etməkdə olan bazarları özündə birləşdirir. Asiya və Afrika artıq yalnız ucuz əmək bazarı deyil, həm də qlobal iqtisadi artımın əsas istiqamətlərindən biri hesab olunur. Çin, Hindistan, Körfəz ölkələri və Afrika bazarlarının artan iqtisadi çəkisi dünya ticarət marşrutlarını dəyişdirir. Azərbaycan isə bu prosesdə özünü mühüm tranzit və enerji mərkəzi kimi yerləşdirməyə çalışır.

“Qlobal Cənub” Qərbə qarşıdırmı?

Azərbaycanın son illər Qlobal Cənub diskursuna daha fəal şəkildə qoşulması və neomüstəmləkəçilik mövzusunu beynəlxalq platformalarda qabartması müəyyən dairələrdə belə bir sual formalaşdırır: Bakı anti-Qərb siyasi xəttinəmi keçir? İlk baxışda bu ehtimal bəzi müşahidəçilər üçün məntiqli görünə bilər. Xüsusilə Fransa ilə münasibətlərdə artan gərginlik, Qərbin bəzi siyasi institutlarına yönələn tənqidlər və postkolonial ritorikanın güclənməsi belə təəssürat yarada bilər ki, Azərbaycan özünü Qərbə qarşı alternativ siyasi platformalarda yerləşdirməyə çalışır. Lakin proseslərə daha dərindən baxdıqda mənzərə fərqli görünür.

Azərbaycan klassik mənada anti-Qərb blok siyasəti formalaşdırmır. Əksinə, Bakı son illərdə xarici siyasətdə daha çevik və praqmatik xətt qurmağa çalışır. Müasir beynəlxalq münasibətlər sistemində bir çox orta güclər artıq “Soyuq müharibə” dövrünün “ya bu tərəf, ya o tərəf” məntiqindən uzaqlaşmağa çalışırlar. Azərbaycan da məhz bu modelə uyğun hərəkət edir. Əslində, Bakının formalaşdırmağa çalışdığı yanaşmanı “strateji avtonomiya” modeli kimi xarakterizə etmək mümkündür. Azərbaycan anlayır ki, dünya siyasətində qütbləşmə dərinləşdikcə, orta dövlətlər üçün balans siyasəti daha həyati əhəmiyyət daşıyır. Buna görə də Bakı nə tam şəkildə Qərb blokuna inteqrasiya olunur, nə də alternativ qlobal güc mərkəzlərinin sərt siyasi xəttinə qoşulur.

Azərbaycan son illər Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanı gücləndirməyə çalışır. Bununla yanaşı, Bakı İslam dünyası ilə siyasi əlaqələrini də aktiv saxlayır və xüsusilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində öz mövqeyini gücləndirməyə çalışır. Qoşulmama Hərəkatında fəallığın davam etdirilməsi də Azərbaycanın çoxvektorlu siyasətinin mühüm elementidir. Bakı bu platforma vasitəsilə özünü inkişaf etməkdə olan ölkələrin maraqlarını anlayan və onların problemlərinə həssas yanaşan dövlət kimi təqdim edir.

Bakı neomüstəmləkəçiliyə qarşı

Son illərdə Azərbaycanın xarici siyasət ritorikasında ən diqqətçəkən istiqamətlərdən biri neomüstəmləkəçilik məsələsinin daha aktiv şəkildə gündəmə gətirilməsidir. Əgər əvvəllər bu termin əsasən akademik müzakirələrdə və ya bəzi inkişaf etməkdə olan ölkələrin siyasi çıxışlarında istifadə olunurdusa, indi Azərbaycan da bu mövzunu beynəlxalq platformalarda sistemli şəkildə vurğulayan dövlətlərdən birinə çevrilməkdədir.

Müasir dövrdə neomüstəmləkəçilik anlayışı klassik müstəmləkə idarəetməsindən fərqli məna daşıyır. Xüsusilə Qlobal Cənub ölkələrində belə fikir geniş yayılıb ki, beynəlxalq sistem formal olaraq dəyişsə də, güc münasibətlərinin mahiyyəti tam transformasiya olunmayıb. Bir çox dövlətlər hesab edir ki, böyük güclər və keçmiş müstəmləkə imperiyaları yeni vasitələrlə təsir imkanlarını saxlamağa çalışırlar. Azərbaycanın bu mövzunu xüsusi vurğulamasının əsas səbəblərindən biri siyasi legitimlik faktorudur. Bakı özünü inkişaf etməkdə olan ölkələrin maraqlarını anlayan və müdafiə edən dövlət kimi təqdim etməyə çalışır.

Azərbaycanın postkolonial və neomüstəmləkəçilik mövzularına diqqəti, müəyyən mənada, “diplomatik identiklik” quruculuğu kimi də qiymətləndirilə bilər. Bakı göstərmək istəyir ki, o, beynəlxalq münasibətlərdə eniş siyasi ədalət məsələləri kontekstində də mövqe ortaya qoyur.

Əslində, bu yanaşma Azərbaycanın “orta güc diplomatiyası” strategiyasının mühüm elementlərindən biridir. Çünki beynəlxalq sistemdə orta güclər öz təsir imkanlarını artırmaq üçün adətən müəyyən beynəlxalq mövzular üzərində siyasi təşəbbüs göstərirlər. Bəzi dövlətlər iqlim siyasətində, bəziləri humanitar diplomatiyada, digərləri isə təhlükəsizlik məsələlərində aktiv rol almağa çalışır. Azərbaycan isə xüsusilə Qlobal Cənub, postkolonial ədalət və çoxtərəfli əməkdaşlıq mövzularında öz diplomatik profilini gücləndirməyə çalışır.

Son olaraq qeyd edək ki, Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasında səslənən fikirlər mövcud tendensiyaların bu məkanın beynəlxalq siyasətdə getdikcə daha təsirli və strukturlaşdırıcı rol oynadığını, yeni strateji mövqe qazandığını göstərir. Azərbaycan bu prosesdə öz geosiyasi maraqları çərçivəsində fəal aktor kimi çıxış etməyi hədəfləyir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 May 2026 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see445

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see427

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see409

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see279

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see275

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see264

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see260

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see245

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see239

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see230

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see220

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see215

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see200

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see197

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see191

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see191

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see189

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see184

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see166

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri