Icma.az
close
up
RU
SOCAR beynəlxalq enerji şirkətinə çevrilir

SOCAR beynəlxalq enerji şirkətinə çevrilir

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Şirkət Yaxın Şərqdə fəaliyyətini genişləndirməkdədir

Azərbaycanın milli neft korporasiyası olan Dövlət Neft Şirkəti (SOCAR) qlobal enerji sektorunda iri investor kimi mövqeyini möhkəmləndirməkdədir.

Bü günlərdə Qahirədə keçirilən 9-cu Misir Beynəlxalq Enerji Konfransı və Sərgisində (EGYPS 2026) Azərbaycanın qlobal enerji bazarına verdiyi töhfələr xüsusi vurğulanıb. Tədbirdə geosiyasi təsirlərin enerji təhlükəsizliyinə və əsas enerji dəhlizləri üzrə qlobal ticarətə yaratdığı risklər, tranzit müddətlərinin uzanması, enerji çatışmazlıqları, xərclərin artması və şirkətlərin həyata keçirdiyi fəaliyyətlər müzakirə olunub və bu proseslərdə ölkəmizin etibarlı təchizatçı mövqeyi təqdir edilib. “Energos Infrastructure” şirkətinin baş icraçı direktoru Artur Regan, “Höegh Eiendom” şirkətinin prezidenti Erik Nyheim və “HEREMA S.A.”nın baş direktoru Aristofanis Stefatos  enerji sektorunda yeniliklərin tətbiqində  Azərbaycanın rolunu yüksək dəyərləndiriblər.

Sərgidə SOCAR-ın müxtəlif regionlarda, o cümlədən Yaxın Şərqdəki sadiq tərəfdaşlıq fəaliyyəti müsbət dəyərləndirilib. Azərbaycanın etibarlı xam neft və qaz tədarükçüsü kimi son illərdə qaz ixracının əhəmiyyətli dərəcədə artıldığı vurğulanıb. Qeyd olunub ki, 2020-ci ilin sonlarından Yunanıstan, İtaliya və Bolqarıstan kimi ölkələrə əhəmiyyətli həcmdə qaz ixrac edilir. Hazırda Yunanıstanın təxminən 25 faizi, Bolqarıstanın 60 faizdən çoxu, İtaliyanın isə 20 faizdən artıq hissəsi Azərbaycan qazı ilə təmin olunur və bu göstəricilər artmaqdadır. Bildirilib ki, Azərbaycan qazı hazırda 16 ölkəyə, o cümlədən 10 Avropa İttifaqı ölkəsinə ixrac olunur. Yaxın Şərq və Aralıq dənizi regionu da SOCAR-ın diqqət mərkəzindədir və artıq 1 ilə yaxındır ki, Suriyaya qaz tədarük edilir.

Misirdə nəhəng neft emalı kompleksi inşa edilir

SOCAR-ın vitse-prezident V.Bəylərbəyov SOCAR-ın iri infrastruktur layihələrində uğurla iştirak etdiyini vurğulayıb. Bildirib ki, şirkət təkcə hasilat və ticarət sahəsində deyil, həm də beynəlxalq tərəfdaşlarla birlikdə infrastrukturun yaradılmasında fəal iştirak edir. SOCAR Yaxın Şərqdə həm hasilat, həm də nəql və satış sahələrində fəaliyyətini genişləndirməyi planlaşdırır. Misirin Dövlət Neft Korporasiyası ilə imzalanmış sazişə əsasən bölgədə yeni enerji layihələrinin icrası nəzərdə tutulur. Belə ki, Misirin Təbii Qaz Holdinqi (EGAS) və Dövlət Neft Korporasiyası (EGPC) arasında imzalanmış əməkdaşlığa dair çərçivə sazişlərinə əsasən, SOCAR bölgənin enerji təminatında payını daha da artırmağı hədəfləyir. EGPC-nin icraçı direktoru Salah Əbdülkərimin sözlərinə görə, sənəd SOCAR-ın neft və qaz məhsullarının Misir bazarına çıxışını daha da asanlaşdıracaq, şirkət təkcə xam neft tədarükü ilə kifayətlənməyəcək, Misirdə kəşfiyyat və hasilat sahələrində də aktiv iştirak edəcək. Qeyd edək ki, SOCAR ötən ilin ortalarından başlayaraq  Misirə mayeləşdirilmiş təbii qaz (LNG) tədarük edir. Anlaşmaya əsasən, Misirdə Azərbaycan neftinin emalı, eləcə də “Azeri Light” markalı xam neftin Misirə ixracı imkanları nəzərdən keçirilir.

Yaxın Şərq və Körfəz regionunda etibarlı investor

Azərbaycanın milli neft korporasiyası xarici ölkələrdə müasir təchizat və idarəetmə sistemləri qurmaqla qlobal investor kimi özünü təsdiqləyir. Son illərdə Körfəz ölkələri və Yaxın Şərq regionunda nüfuzlu tərəfdaş kimi qəbul edilir. Azərbaycan Dövlət Neft Şirkəti bir çox ölkənin nüfuzlu enerji şirkətləri ilə sazişlər imzalayıb ki, həmin sənədlərin əsas məzmunu yeni idaretmə texnologiyalarının tətbiqini nəzərdə tutur. Neft Şirkəti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Emirates National Oil Company Group” (“ENOC Group”) arasında kəşfiyyat, hasilat, rəqəmsallaşma, ticarət, marketinq istiqamətlərində əməkdaşlığın qurulması, BƏƏ-nin “Dragon Oil” şirkəti arasında imzalanan anlaşma memorandumuna əsasən, birgə neft-qaz hasilatında yer alması, eləcə də “Crescent Petroleum” şirkəti ilə enerji sektorunun müxtəlif istiqamətləri üzrə tərəfdaşlıq qlobal etimadın nümunəsidir. SOCAR-ın Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlığı da bölgənin enerji təchizatı və şaxələnməsi üçün əhəmiyyət daşımaqla, qlobal nüfuzun bir göstəricisidir.

SOCAR Mərkəzi Asiya bölgəsində də hasilat zonalarında aktiv investor kimi tanınır. 2025-ci ilin oktyabrında Qazaxıstanın “Samruk Kazına Azərbaycan İnvestisiya Holdinqi İnvestisiya Fondu MMC” ilə Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) arasında birgə investisiya mexanizminin təsis edilməsi üçün Çərçivə Sazişi” imzalanıb. Bu sənəd də beynəlxalq tərəfdaşlığın bir hissəsidir.

Həmçinin SOCAR ilə Özbəkistanın “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında neft-qaz sənayesində yeni innovasiyaların və ağıllı idaretmənin tətbiq olunması sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair anlaşma memorandumu imzalanıb.

ABŞ-la yeni enerji tərəfdaşlığı

Dövlət Neft Şirkətinin Xəzərdə ən modern emal texnologiyalarını tətbiq etməsində yaxın tərəfdaşlarından biridə ABŞ-dır. SOCAR və ABŞ-ın SLB şirkəti arasında əldə edilmiş razılığa əsasən, Xəzərin Azərbaycan sektorundakı “Bahar” və “Qum-Dəniz” yataqlarının yenidən işlənməsinə start verilib. Bu tərəfdaşlıq perspektivli hasilat zonalarının müəyyən edilməsini, hərtərəfli rezervuar modelləşdirməsinin hazırlanmasını və bu yataqlarda erkən hasilat sxemini (EPS) dəstəkləmək üçün quyu və qazma qurğuları proqramlarının layihələndirilməsini nəzərdə tutur.

25 il müddətinə nəzərdə tutulan müqavilənin investisiya portfeli 1 milyard dollar həcmində qiymətləndirilir. Müqavilə blokunda qaz ehtiyatları 25 milyard kubmetr təşkil edən yatağın işlənməsi SOCAR-ın neft hasilatının artmasına və uzunmüddətli strategiyasına mühüm töhfə verəcək.

Azərbaycan Dövlət Neft Şirkəti ilə İsrailin “Union Energy” şirkəti arasında Aralıq dənizi hövzəsindəki ən iri qaz yataqlarından biri olan “Tamar” layihəsi üzrə 10 faiz payın əldə edilməsinə dair sazişin imzalanması da mühüm qlobal dəyərin rəmzlərindən biridir. Bu sazişə əsasən, SOCAR İsrailin təbii qaz bazarına çıxış imkanı qazanıb. Azərbaycan bu perspektivli qaz blokunda investor və enerji tədarükçüsü statusu qazanmaqla Aralıq dənizi regionunda potensial enerji təchizatçısına çevriləcək.

“Fitch Ratings” in yüksək reytinqi

Dünya enerji zəncirlərinə inteqrasiya olunan Azərbaycan şirkəti, eyni zamanda, müasir rəqəmsal texnologiya layihələrində təmsil olunur. Məsələn, bir müddət əvvəl SOCAR və “Samsung E&A Co., Ltd.” arasında imzalanmış anlaşma memorandumuna əsasən, enerji aktivlərinin səmərəliliyinin artırılması, istehsalın lokallaşdırılması, regional sənaye və təchizat mərkəzinin yaradılması, insan kapitalının inkişafı və karbonsuzlaşma üzrə əməkdaşlıq perspektivlərinin araşdırılması nəzərdə tutulur. Bu, SOCAR-ın rəqəmsal infrastrukturların gücləndirilməsi, innovativ və texnoloji tətbiqlər və müasir idarəetmə hədəflərinə xidmət edən strateji konsepsiyanın mühüm hissəsi hesab edilə bilər.

Məhz beynəlxalq etimad və nümunəvi təcrübənin nəticəsidir  ki, “Fitch Ratings” agentliyi  SOCAR-ı korporativ reytinq meyarlarını yaxşılaşdıran şirkət kimi Reytinqini yüksəldərək “ BB” səviyyəsində müəyyən edib. SOCAR-ın reytinqinin artmasında qlobal neft təminatçısı kimi rolu ilə yanaşı, idaretmə və maliyyə bazarlarındakı korporativ fəaliyyəti də mühüm əhəmiyyət kəsb edir.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Aprel 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri