Icma.az
close
up
RU
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 9 oktyabr, AZƏRTAC

SOCAR dünyanın aparıcı reytinq və analitik şirkətlərindən biri olan “S&P Global”ın 2026-cı il Korporativ Dayanıqlılıq Qiymətləndirməsində (Corporate Sustainability Assessment – CSA) 100 baldan 50 bal toplayaraq ESG reytinqi əldə edib.

Bu barədə AZƏRTAC-a SOCAR-dan məlumat verilib.

Qeyd edilib ki, beynəlxalq qiymətləndirmədə təxminən 12 min 500 şirkətin iştirak edib.

Oktyabrın 9-u tarixinə olan nəticələrə əsasən, SOCAR “Oil & Gas Upstream & Integrated” sənaye qrupu üzrə qiymətləndirilən şirkətlərin 83 faizindən daha yüksək nəticə göstərib. Bu nəticə şirkətin dayanıqlı inkişaf gündəliyinin ardıcıl həyata keçirilməsi və ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin korporativ idarəetmə və əməliyyat fəaliyyətinə inteqrasiyası istiqamətində əldə etdiyi irəliləyişi əks etdirir.

SOCAR qiymətləndirmə çərçivəsində “S&P Global” tərəfindən tələb olunan 1 000-dən çox göstərici üzrə məlumatların 95 faizindən çoxunu təqdim edib. Bu göstərici şirkətin dayanıqlılıq məlumatlarının açıqlanmasına və şəffaf hesabatlılıq təcrübələrinin inkişafına verdiyi önəmi nümayiş etdirir.

Əvvəlki qiymətləndirmə ilə müqayisədə ESG məsələlərinin əhəmiyyətliliyinin müəyyən edilməsi, insan hüquqlarının qorunması üzrə öhdəliklər və müvafiq proseslər, iqlim dəyişikliyi ilə mübarizə, iqlim strategiyasının inkişafı, istixana qazı emissiyaları üzrə hesabatlılığın genişləndirilməsi, eləcə də resursların idarə edilməsi və təkrar istifadəsi sahələrində nəzərəçarpan irəliləyiş qeydə alınıb. Bu nailiyyətlər SOCAR-ın dayanıqlılıq üzrə idarəetmə yanaşmalarını təkmilləşdirmək, ekoloji və sosial məsuliyyətini gücləndirmək və uzunmüddətli strateji prioritetlərini beynəlxalq meyarlarla uzlaşdırmaq istiqamətində səylərini əks etdirir.

“S&P Global” şirkətlərin dayanıqlılıq fəaliyyətini sənayeyə xas meyarlar əsasında müəyyənləşdirir. Nəticələr 0–100 bal şkalası üzrə müəyyən edilir və şirkətlərin göstəriciləri müvafiq sənaye qrupu üzrə müqayisə olunur. CSA şirkətlərə dayanıqlılıq fəaliyyətlərinin güclü tərəflərini və inkişaf imkanlarını müəyyənləşdirmək, eləcə də idarəetmə təcrübələrini beynəlxalq sənaye meyarları ilə müqayisə etmək imkanı yaradır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2026 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri