SOCAR “Uzbekneftegaz” ilə Üstyurtda geoloji kəşfiyyat layihəsi üzrə razılıq əldə edib
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Özbəkistanın "Uzbekneftegaz" Səhmdar Cəmiyyəti arasında Üstyurt regionunda geoloji-kəşfiyyat işlərinin həyata keçirilməsinə dair layihə üzrə önəmli razılıqlar əldə edilib.
Bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov və "Uzbekneftegaz"ın İdarə Heyətinin sədri Baxodirjon Sidiqov ilə keçirilən görüşdə aparılıb.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli əlaqələrin bütün sahələrdə yüksək səviyyədə olduğu qeyd edilib.
Söhbət zamanı SOCAR ilə "Uzbekneftegaz" arasındakı əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib, şirkətlərin həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq etdiyi vurğulanıb.
Görüşdə gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 02 İyul 2025 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















