Icma.az
close
up
RU
SOCAR dəniz obyektlərini karbonsuzlaşdırmağı və geotermal enerji imkanlarını araşdırmağı planlaşdırır

SOCAR dəniz obyektlərini karbonsuzlaşdırmağı və geotermal enerji imkanlarını araşdırmağı planlaşdırır

Icma.az, Report.az saytına istinadən bildirir.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Çinin “China Energy” şirkəti ilə əməkdaşlıq çərçivəsində dəniz obyektlərinin karbonsuzlaşdırılmasına başlamağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev COP29 çərçivəsində keçirilən “SOCAR-ın dekarbonizasiya sahəsindəki tərəqqisi: problemlər və nailiyyətlər” adlı sessiyada bildirib.

Xatırladaq ki, noyabrın 14-də “SOCAR Green” və “China Energy Overseas Investment Co. Ltd.” şirkətləri Füzuli rayonunda 160 MVt gücündə günəş elektrik stansiyasının (GES) tikintisinə dair müqavilə imzalayıb. Həmçinin “China Energy” və “China Datang Co. Ltd.” şirkətləri ilə bərpa olunan enerjinin inkişafına dair memorandumlar imzalanıb.

Ə.İsayevin sözlərinə görə, SOCAR bu yaxınlarda BP ilə birlikdə Cəbrayıl rayonunda gücü 240 MVt olan “Şəfəq” günəş elektrik stansiyasının tikintisinə başlayıb.

“Bu layihə Xəzər regionunda ən böyük neft-qaz terminalının - Səngəçal terminalının karbonsuzlaşdırılması yolunda mühüm addım olacaq. Bu, karbon izini azaltmaq üzrə səylərimizin birinci mərhələsidir. İkinci mərhələ dəniz obyektlərinin karbonsuzlaşdırılmasına yönəldiləcək”, - o deyib.

Bu istiqamətdə SOCAR neft və qazın karbonsuzlaşdırılması üzrə Xartiyanın liderlərindən biri olan “Abu Dhabi National Oil Company” (ADNOC) ilə də əməkdaşlığa başlayıb.

Ə.İsayev vurğulayıb ki, Azərbaycan geotermal energetikanın inkişafı üçün ciddi potensiala malikdir. Bununla əlaqədar noyabrın 14-də SOCAR “Baker Hughes” şirkəti ilə geotermal mənbələrin işlənməsinə dair müqavilə imzalayıb: “Geotermal quyuları qazarkən biz elektrik enerjisi istehsalı üçün əlverişli olan, temperaturu 120 dərəcədən yuxarı olan su tapa bilərik. Temperatur aşağı olarsa, resurslardan istilik üçün istifadə edilə bilər. Biz bu yola yeni başlamışıq və imkanları qiymətləndirmək üçün bir il ərzində araşdırmalar aparacağıq”.

SOCAR-ın vitse-prezidenti həmçinin 2026-cı ilə qədər Bakı Neft Emalı Zavodunda səmt qazının məşəldə yandırılmasını dayandırmaq planlarını açıqlayıb. Onun sözlərinə görə, COP29-da “Baker Hughes” ilə hüquqi öhdəliyə dair müqavilə imzalanıb.

“Neft emalı zavodumuzda səmt qazının məşəldə yandırılmasının aradan qaldırılması mühüm nailiyyət və yaxşı başlanğıc olacaq”, - Ə.İsayev qeyd edib.

Onun sözlərinə görə, SOCAR Azərbaycandan kənarda da bərpa olunan enerji sahəsində layihələr həyata keçirir.

“2017-ci ildə “SOCAR Türkiye” 55 MVt gücündə quruda külək elektrik stansiyasını istismara verib. Gürcüstan, Rumıniya və İsveçrədə isə şirkət enerji təchizatında ənənəvi mənbələrdən günəş enerjisinə keçir. Hətta İsveçrədə, kiçik də olsa, ilk hidrogen layihəsinə başlamışıq. Biz yeni tərəfdaşlıqlara hazır olmaq üçün öyrənməyə və inkişaf etməyə davam edirik”, - Ə.İsayev vurğulayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://report.az
archiveBu xəbər 15 Noyabr 2024 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri