Icma.az
close
up
RU
SOCAR dəniz obyektlərini karbonsuzlaşdırmağı və geotermal enerji imkanlarını araşdırmağı planlaşdırır Xəbər saytı Son xəbərlər və Hadisələr

SOCAR dəniz obyektlərini karbonsuzlaşdırmağı və geotermal enerji imkanlarını araşdırmağı planlaşdırır Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Çinin "China Energy" şirkəti ilə əməkdaşlıq çərçivəsində dəniz obyektlərinin karbonsuzlaşdırılmasına başlamağı planlaşdırır.

Bu barədə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev COP29 çərçivəsində keçirilən "SOCAR-ın dekarbonizasiya sahəsindəki tərəqqisi: problemlər və nailiyyətlər" adlı sessiyada bildirib.

Xatırladaq ki, noyabrın 14-də "SOCAR Green" və "China Energy Overseas Investment Co. Ltd." şirkətləri Füzuli rayonunda 160 MVt gücündə günəş elektrik stansiyasının (GES) tikintisinə dair müqavilə imzalayıb. Həmçinin "China Energy" və "China Datang Co. Ltd." şirkətləri ilə bərpa olunan enerjinin inkişafına dair memorandumlar imzalanıb.

Ə.İsayevin sözlərinə görə, SOCAR bu yaxınlarda BP ilə birlikdə Cəbrayıl rayonunda gücü 240 MVt olan "Şəfəq" günəş elektrik stansiyasının tikintisinə başlayıb.

"Bu layihə Xəzər regionunda ən böyük neft-qaz terminalının - Səngəçal terminalının karbonsuzlaşdırılması yolunda mühüm addım olacaq. Bu, karbon izini azaltmaq üzrə səylərimizin birinci mərhələsidir. İkinci mərhələ dəniz obyektlərinin karbonsuzlaşdırılmasına yönəldiləcək", - o deyib.

Bu istiqamətdə SOCAR neft və qazın karbonsuzlaşdırılması üzrə Xartiyanın liderlərindən biri olan "Abu Dhabi National Oil Company" (ADNOC) ilə də əməkdaşlığa başlayıb.

Ə.İsayev vurğulayıb ki, Azərbaycan geotermal energetikanın inkişafı üçün ciddi potensiala malikdir. Bununla əlaqədar noyabrın 14-də SOCAR "Baker Hughes" şirkəti ilə geotermal mənbələrin işlənməsinə dair müqavilə imzalayıb: "Geotermal quyuları qazarkən biz elektrik enerjisi istehsalı üçün əlverişli olan, temperaturu 120 dərəcədən yuxarı olan su tapa bilərik. Temperatur aşağı olarsa, resurslardan istilik üçün istifadə edilə bilər. Biz bu yola yeni başlamışıq və imkanları qiymətləndirmək üçün bir il ərzində araşdırmalar aparacağıq".

SOCAR-ın vitse-prezidenti həmçinin 2026-cı ilə qədər Bakı Neft Emalı Zavodunda səmt qazının məşəldə yandırılmasını dayandırmaq planlarını açıqlayıb. Onun sözlərinə görə, COP29-da "Baker Hughes" ilə hüquqi öhdəliyə dair müqavilə imzalanıb.

"Neft emalı zavodumuzda səmt qazının məşəldə yandırılmasının aradan qaldırılması mühüm nailiyyət və yaxşı başlanğıc olacaq", - Ə.İsayev qeyd edib.

Onun sözlərinə görə, SOCAR Azərbaycandan kənarda da bərpa olunan enerji sahəsində layihələr həyata keçirir.

"2017-ci ildə "SOCAR Türkiye" 55 MVt gücündə quruda külək elektrik stansiyasını istismara verib. Gürcüstan, Rumıniya və İsveçrədə isə şirkət enerji təchizatında ənənəvi mənbələrdən günəş enerjisinə keçir. Hətta İsveçrədə, kiçik də olsa, ilk hidrogen layihəsinə başlamışıq. Biz yeni tərəfdaşlıqlara hazır olmaq üçün öyrənməyə və inkişaf etməyə davam edirik", - Ə.İsayev vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://baku.ws
archiveBu xəbər 15 Noyabr 2024 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see148

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see142

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see136

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see134

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see134

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see128

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see127

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see124

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see123

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see121

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see121

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see117

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see115

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see115

Goldman neft qiymətlərinin 2026 cı ildə daha da düşəcəyini gözləyir

14 Aprel 2025 11:53see115

Əsgərlikdən yeni qayıtmışdı… Bu gecə vəfat etdi FOTO

14 Aprel 2025 06:15see114

Çin ABŞ a nadir torpaq metallarının ixracını dayandırıb

14 Aprel 2025 12:15see114

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see113

Zelenski: ABŞ vitse prezidenti Putinin hərəkətlərinə haqq qazandırır”

14 Aprel 2025 09:54see111

Bakıda Art Weekend festivalı keçiriləcək

14 Aprel 2025 14:26see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri