SOCAR Green : BESS Azərbaycanın enerji dəhlizlərinin tərkibinə daxil ediləcək
Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Batareya Enerji Saxlanc Sistemləri (BESS) Azərbaycanın enerji ixrac dəhlizlərinin əsas komponentinə çevriləcək.
Banco.az xəbər verir ki, bunu "SOCAR Green"in Texnologiyalar və innovasiyalar departamentinin direktoru Elçin Tarquliyev "Azərbaycanda infrastrukturun inkişafı, elektromobillik və bərpa olunan enerjinin saxlanılması üçün həllər" adlı vebinarda deyib.
"BESS-in ən geniş yayılmış və tanınmış tətbiqi enerji şəbəkəsinin sabitliyinin təmin edilməsidir. Bu sistem şəbəkənin tezliyini dəstəkləməyə, ehtiyat güc funksiyalarını yerinə yetirməyə, gərginliyi tənzimləməyə, sıfırdan işə salmanı təmin etməyə və digər vəzifələri həyata keçirməyə qadirdir. Eyni zamanda o, enerji layihələrinin tərtibatçılarına əhəmiyyətli fayda gətirə bilər. Məsələn, bu sistem günəş elektrik enerjisi istehsalçıları üçün generasiyanın zaman dəyişməsini həyata keçirməyə imkan verir.
Hazırda maksimum istehsal günün ortasına düşür, halbuki elektrik enerjisinə ən çox tələbat axşam saatlarına yaxın müşahidə olunur. Bu sistem sayəsində istehsal olunmuş enerjini yüksək istehlak dövrlərinə yenidən bölüşdürə bilərik. Bundan əlavə, bu, güc məhdudiyyəti ehtiyacını azaldır. Bərpa olunan enerji mənbələrinin payı artdıqca şəbəkə operatorları generasiyanın məhdudlaşdırılmasına əl atmaq məcburiyyətində qalacaqlar", - o qeyd edib.
Onun fikrincə, Batareya Enerji Saxlanc Sistemləri tərtibatçılara bu problemin həllinə kömək edə bilər: "İstehsalın məcburi azaldılması əvəzinə onlar enerjini yığıb aşağı generasiya anlarında şəbəkəyə verə bilərlər. Nəhayət, yaxın perspektivdə xüsusi əhəmiyyət kəsb edən məsələ ixrac dəhlizləridir. Azərbaycanda çoxsaylı ixrac enerji dəhlizləri yaradılacaq və batareya saxlanc sistemləri onların ən mühüm tərkib hissəsinə çevriləcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 03 Sentyabr 2026 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















