“SOCAR Green”: Bioenerji, yaşıl hidrogen kimi istiqamətlər də nəzərdən keçirilir
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 2 iyun, AZƏRTAC
“SOCAR Green” sürətlə böyüyür. Biz strategiyamızı milli strategiya ilə birlikdə inkişaf etdiririk.
AZƏRTAC xəbər verir ki, bu sözləri “SOCAR Green” şirkətinin günəş və külək enerjisi üzrə eksperti Elçin Tarquliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Enerji sənayesində davamlılıq" mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, bioenerji və yaşıl hidrogen şirkətin marağında olan sahələrdəndir.
“Öz hədəflərimizə və milli hədəflərə çatmaqda bizə kömək edə biləcək bütün müxtəlif yaşıl texnologiyalara diqqət yetiririk. Biz yaşıl enerji sahəsində Azərbaycanı milli ekspertiza mərkəzinə çevirmək istəyirik. Bunun üçün müxtəlif texnologiya sahibləri, müxtəlif avadanlıq istehsalçıları, həmçinin yaşıl texnologiya sahəsində milli ekspertiza mərkəzi kimi özümüzü təsdiqləmək üçün müxtəlif təlim təşkilatları ilə işləyirik”, - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 02 İyun 2025 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















