SOCAR ın İsrailin “Tamar” qaz yatağında 10 faiz pay alması rəsmiləşib
Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın İsrailin Aralıq dənizi hövzəsində ən iri qaz yataqlarından biri olan və böyük önəm daşıyan “Tamar” layihəsində 10 faiz paya sahib olması rəsmiləşib.
APA xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumata görə, bu barədə qərar İsrailin Neft Şurası və Antiinhisar İdarəsi tərəfindən təsdiqlənib. Bununla da, SOCAR İsrailin təbii qaz bazarına çıxış imkanı qazanıb.
Qeyd edək ki, 31 yanvar 2025-ci il tarixində SOCAR “Union Energy” şirkəti ilə İsrailin Aralıq dənizi hövzəsində ən iri qaz yataqlarından biri olan və böyük önəm daşıyan “Tamar” layihəsində effektiv olaraq 10 faiz payın alınması üzrə müqavilə imzalayıb.
Müqavilənin qüvvəyə minməsi üçün müəyyən şərtlərin yerinə yetirilməsi, o cümlədən müvafiq qaydada tənzimləyici və digər təsdiqlərin alınması tələb olunurdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 01 İyul 2025 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















