Icma.az
close
up
RU
SOCAR ın keçmiş rəhbərliyi gündəmdə: Mikayıl İsmayılovla bağlı yeni iddialar

SOCAR ın keçmiş rəhbərliyi gündəmdə: Mikayıl İsmayılovla bağlı yeni iddialar

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

SOCAR-ın keçmiş rəhbər şəxsləri ilə bağlı yayılan məlumatlar son günlər ictimaiyyətin diqqət mərkəzindədir. Xüsusilə də qurumun sabiq rəsmisi Adnan Əhmədzadənin həbsi fonunda digər yüksək vəzifəli şəxslər barəsində də müxtəlif iddialar səsləndirilir.

AFN.az-a daxil olan məlumata görə, bu dəfə diqqət SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılov üzərində cəmlənib. Xatırladaq ki, M.İsmayılov qurumda işlədiyi illərdə ən çox varidat toplayan məmurlardan biri kimi tanınıb. Onun haqqında mediada və sosial şəbəkələrdə dəfələrlə məlumatlar yayılıb və bu xəbərlərin böyük hissəsi sabiq vitse-prezidentin sərvəti ilə bağlı olub. Hətta bəzi mənbələr onun dünya milyarderlərinin siyahısına düşəcək qədər böyük imkanlara sahib olduğunu iddia edir.

Məsələyə dair məlumat verən mənbə bildirir ki, M.İsmayılovun ailə üzvləri də “əsl milyarderlər” kimi yaşayır. İddialara görə, sabiq vitse-prezidentin xanımı kürd əsilli şəxslə ailə quran yaxın rəfiqəsinə Münhendə qonaqlıq verib. Həmin tədbirin təşkilinə və şənlik zamanı göstərilən qonaqpərvərliyə görə təxminən 1 milyon dollarlıq hesab ödənilib.

Mənbənin sözlərinə görə, Münhen İsmayılovlar ailəsi üçün yad şəhər deyil. Bildirilir ki, ailənin Almaniyanın bu şəhərində 7 müxtəlif obyekti var. Bundan əlavə, M.İsmayılovun Düsseldorf şəhərində də 21 mənzilinin olduğu iddia edilir. Həmin daşınmaz əmlakların icarəyə verilməsi isə ailəyə davamlı gəlir mənbəyi yaradır.

Bütün bu məlumatlar SOCAR-ın rəhbərliyində illərlə çalışan bəzi şəxslərin ölkə xaricində böyük sərvət topladıqları barədə ictimai fikirləri bir daha gücləndirir. Adnan Əhmədzadənin həbsi ilə başlayan proses digər sabiq rəhbər şəxslərin də fəaliyyətinə diqqətin yönəlməsinə səbəb olub.

Bu baxımdan, “Adnan Əhmədzadə tək olmayıb” fikri təsadüfi səslənmir. İndi ictimaiyyətin gözü SOCAR-ın keçmiş rəhbərliyinin digər üzvləri ilə bağlı açıqlanacaq yeni faktlarda olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 25 Sentyabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see250

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see149

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see148

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see135

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri