Məhkəmə İlqar İsmayılovla bağlı qərarı dəyişmədi
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
“İdeal” (indiki “Adore”) mağazalar şəbəkəsinin mənimsəmə ittihamı ilə məhkum olunmuş keçmiş rəhbəri İlqar İsmayılovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciəti təmin edilməyib.
"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsi onun cəzasının qalan hissəsinin şərti hesab edilməsinə razılıq verməyib.
Qərarda göstərilib ki, İsmayılovun cəzanın yarıdan çoxunu çəkməsinə baxmayaraq, digər əsaslarla azadlığa buraxılması məqsədəuyğun deyil.
Qərara əsasən, ərizə təmin edilməyib və İ.İsmayılov həbsdə qalıb.
Qeyd edək ki, o, 2021-ci ilin aprel ayında həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:Şəfa nın Ürfan İsmayılovla bağlı yekun qərarı bəlli oldu
04 İyun 2026 17:36
Şəfa nın Urfan İsmayılovla bağlı yekun qərarı bəlli oldu
04 İyun 2026 13:06
İlyas İsmayılovla bağlı pis xəbər…
10 Fevral 2025 14:44
Mərkəzi Klinikadan İlyas İsmayılovla bağlı AÇIQLAMA
06 Fevral 2025 17:01
General rütbəsi alan Anar İsmayılovla bağlı BİLİNMƏYƏNLƏR
30 Sentyabr 2025 17:57
Baxış sayı:256
Bu xəbər 23 May 2025 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















