Icma.az
close
up
RU
SOCAR ın süni intellekt üzrə mütəxəssisi BDU tələbələri ilə görüşüb

SOCAR ın süni intellekt üzrə mütəxəssisi BDU tələbələri ilə görüşüb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 29 aprel, AZƏRTAC

SOCAR-ın süni intellekt üzrə mütəxəssisi Nail Məmmədovun Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsi və SABAH qruplarının tələbələri ilə görüşü keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Fakültənin İnformatika kafedrasının müdiri, texnika elmləri doktoru Mübariz Xəlilov bildirib ki, süni intellekt bütün dünya ölkələrinin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Ölkəmiz də süni intellektin tətbiqi ilə bağlı mühüm addımlar atmaqdadır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu il martın 19-da “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” qəbul edilib. Bu, elm və təhsil müəssisələrinin də üzərinə mühüm öhdəliklər qoyur.

Sonra SOCAR-ın süni intellekt üzrə mütəxəssisi Nail Məmmədov “Ardıcıl modellər və zaman seriyaları ilə proqnozlaşdırma” mövzusunda təqdimat edib. O, ardıcıl modellərin və zamanla dəyişən məlumat ardıcıllığının əsas prinsiplərini açıqlayıb, zaman seriyası anlayışı, onun maliyyə bazarları, hava proqnozları, texnoloji trendlər kimi sahələrdə tətbiq nümunələrini təqdim edib. Görüşdə zaman seriyalarının əsas xüsusiyyətləri, o cümlədən trend, mövsümilik, avtokorrelyasiya və təsadüfi səs-küy anlayışları müzakirə edilib, qeyri-stasionar zaman seriyaları və bu cür məlumatların işlənməsi yolları diqqətə çatdırılıb. Statistik yanaşmalar çərçivəsində mövsümiliyin və trendin aradan qaldırılması üsulları, xətaların ölçülməsi metodikası və məlumat bölünməsi strategiyaları təqdim olunub.

Tədbirin sonunda Nail Məmmədov tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri