Icma.az
close
up
RU
Laos Prezidenti BDU nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU nun tələbələri ilə görüşüb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 13 oktyabr, AZƏRTAC

Oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, tədbiri açan BDU-nun rektoru Elçin Babayev Azərbaycanla Laos arasında dostluq münasibətlərinin uzun tarixə malik olduğunu, sovet dövründə çoxsaylı Laos gənclərinin Azərbaycanda təhsil aldığını vurğulayıb. O, BDU-nun Laosun aparıcı universitetləri ilə tərəfdaşlıq əlaqələri qurmaqda maraqlı olduğunu və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcudluğunu diqqətə çatdırıb.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında sovet dövründə 2 minə yaxın Laos vətəndaşının Azərbaycanın müxtəlif ali məktəblərində təhsil aldığını bildirib. Nazir Laosdan olan gəncləri Azərbaycanda təhsil imkanlarından yararlanmağa dəvət edib, Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantının yaratdığı imkanlardan danışıb, iki ölkənin universitetləri və elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığın, tələbə və akademik heyət mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit çıxışında ölkəsinin müharibənin ağır nəticələrinin aradan qaldırılması, milli inkişaf və əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində səylərindən bəhs edib. O, Azərbaycanla Laos arasında münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək, ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların araşdırılmasına toxunub.

Görüş zamanı BDU-nun tələbələri Laos Prezidentinə suallar ünvanlayıb, Thonqlun Sisulit onların suallarını cavablandırıb.

Sonda BDU-nun rektoru Elçin Babayev Laos Prezidentinə hədiyyələr təqdim edib.

Tədbir bədii hissə ilə davam edib. Proqramda musiqi nümunələri səsləndirilib.

Müxbir - Nərmin Muradzadə

Fotoqraf - Səfiyar Məcnun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see573

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see499

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see432

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see324

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see264

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see228

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see227

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see180

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see174

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see167

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri