SOCAR İtaliya şirkətindən pay alır
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Italiana Petroli S.p.A" şirkətinin məxsus olduğu "MIP S.p.A" şirkəti arasında səhmlərin alışı ilə bağlı müqavilə imzalanıb.
Bizim.Media xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində baş tutub.
Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Italiana Petroli S.p.A"nın İdarə Heyətinin sədri Uqo Braçetti Peretti imzalayıb.
Müqavilə SOCAR-ın Avropanın enerji bazarındakı mövqeyini gücləndirəcək.
Bundan başqa, AIIF 2025 çərçivəsində "EelElectric" MMC ilə elektrik mühəndisliyi və energetika sahəsində ixtisaslaşmış İsveç-İsveçrə transmilli korporasiyası "ABB Group"un Türkiyə nümayəndəliyi arasında Modul Panel Sistemlərinin quraşdırılmasına dair müqavilə imzalanıb. Sənədi "EelElectric"in direktoru Vüsal Mirzəyev və "ABB Group Türkey"in ölkə meneceri Mahmud Rzayev imzalayıb. Layihə elektrik infrastrukturu sahəsində texnoloji inkişafı dəstəkləyəcək. (Report.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 23 Sentyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















