Icma.az
close
up
RU
Soda, yoxsa sadə su: meyvələri necə düzgün yumaq olar?

Soda, yoxsa sadə su: meyvələri necə düzgün yumaq olar?

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Meyvələri yeməzdən və ya reseptlərdə istifadə etməzdən əvvəl yumaq hamının bildiyi faktdır. Amma bunu necə etmək lazım olduğu isə heç də hər zaman aydın olmur.

Lent.az bunun fərqlərini təqdim edir:

Sadə axar su kifayətdirmi, yoxsa sosial şəbəkələrdə iddia edildiyi kimi soda həqiqətən “ekoloji xilaskar”dırmı? 
Soda tez-tez meyvələri çirklərdən və pestisid qalıqlarından təmizləmək üçün təbii vasitə kimi təqdim olunur. Bu fikirdə müəyyən həqiqət payı var: o, çirk və bəzi pestisid qalıqlarının səthdən yumşalmasına və asanlıqla çıxmasına kömək edir.

Amma mühüm bir nüans var: soda antibakterial vasitə deyil və məhsulları dezinfeksiya etmir. O, yalnız çox yüngül “detergent” kimi işləyir. Buna görə kim deyirsə ki, soda bakteriyaları öldürür bu, mifik yanaşmadır.

Sodada islatmaq

Almaları sodalı məhlulda islatmaq iki növ konkret pestisidin səviyyəsini azalda bilər. Amma bütün meyvələr üçün belə “sodalı vanna” etmək yaxşı fikir deyil. Çünki çox az bilinən bir risk var temperatur şoku. Əgər su meyvədən xeyli isti və ya soyuqdursa, sudakı bakteriyalar qabığın mikroporalarından içəri daxil ola bilər. Bu isə uzun müddət islatma prosesini hətta təhlükəli edə bilər.

Ona görə də ən yaxşısı qısa müddətlik islatmaq və dərhal yaxalamaqdır. Uzun müddətli islatma olmaz.

Sodanı necə düzgün istifadə etmək olar

Əgər yenə də meyvələri soda ilə yumaq istəyirsinizsə, bunu belə edin:
Zəif məhlul hazırlayın. 1 çay qaşığı soda 1 litr və ya 3–4 litr suya. Bu, “qalın yuyucu kokteyl” olmamalıdır. Meyvəni məhlula salın və yüngülcə sürtün. Cəmi bir neçə saniyə, 5–10 saniyə kifayətdir. Sonra mütləq soyuq axar suyun altında yaxşı-yaxşı yuyun. Əsas addım budur məhz su soda ilə səthdən “qoparılan” hər şeyi tam təmizləyir.

Soda sadə su ilə yumanı əvəz edirmi?

Soda köpüklənə və kiçik qabarcıqlar əmələ gətirə bilər, bu da əl hərəkətləri ilə birlikdə çirklərin çıxmasına kömək edir. Amma axar, sərin su özü-özlüyündə kifayət qədər effektiv, sübut olunmuş və təhlükəsiz üsuldur. Axar su ilə yumaq qızıl standartdır. Soda isə sadəcə əlavə vasitədir, əsas metod deyil.
Alma və armud. Gözəl, hamar qabıqlı olduqları üçün sodalı yaxalama üçün uyğundur, risk azdır.

Üzüm. Salxımı süzgəcə qoyub sodalı məhlulda hərəkət etdirmək, sonra yaxşıca yumaq daha doğrudur.

Banan. Sadəcə su ilə çalxalamaq kifayətdir, çünki qabığı yeyilmir.

Qarpız və yemiş. Mütləq yumaq lazımdır. Kəsərkən qabıq üzərindəki bakteriyalar içəri keçir. Sodanı istifadə etmək olar, amma islatmadan yalnız qısa müddətlik fırça ilə təmizləmə və su. Giləmeyvələr (çiyələk, qarağat, moruq) çox həssasdır. Sodalı məhlul struktura zərər verə, giləmeyvəni sulandıra və daha tez xarab edə bilər.

Burada qayda sadədir: sərin su ilə tez bir yuma və kifayətdir.

Mağazalarda satılan “meyvə yuma vasitələri”

Onlar da soda kimi dezinfeksiya etmir. Sadə sudan üstünlükləri böyük deyil. Soda bəzi meyvələri, xüsusən də hamar qabıqlı olanları təmizləmək üçün yaxşı əlavə vasitədir. Amma o, bakteriyaları öldürmür və əsas yuma üsulunu əvəz edə bilməz. Əgər tərəddüd edirsinizsə, meyvələri sərin axar suyun altında yuyun və yüngülcə sürtün bu, ən sadə, təhlükəsiz və elmi cəhətdən təsdiqlənmiş metoddur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:442
embedMənbə:https://lent.az
archiveBu xəbər 25 Noyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri