Icma.az
close
up
RU
SOFAZ ın İtaliyadakı yeni investisiyası

SOFAZ ın İtaliyadakı yeni investisiyası

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İyulun 18-də Romada Azərbaycan Respublikasının Dövlət Neft Fondu (SOFAZ) ilə "Enfinity Global" şirkəti arasında sövdələşmənin bağlanması mərasimi keçirilib.

Oxu.Az "Trend"ə istinadla xəbər verir ki, tədbirdə İtaliya hökumətinin nümayəndələri, diplomatlar və media təmsilçiləri iştirak ediblər. Mərasimdə SOFAZ-ın icraçı direktoru İsrafil Məmmədov, "Enfinity Global"ın Avropa üzrə rəhbəri Xulio Furnye Fisas və İtaliyanın Sahibkarlıq və "Made in Italy" proqramı üzrə Nazirliyinin Bazarların Müdafiəsi Departamentinin direktoru Amedeo Teti iştirak ediblər.

Sövdələşmə çərçivəsində SOFAZ "Enfinity Global" şirkətinə məxsus ümumi gücü 402 MVt olan günəş elektrik stansiyaları portfelinin 49 faizini əldə edib. Şirkət isə 51 faizlik nəzarət payını saxlayaraq aktivlərin uzunmüddətli idarəçiliyini davam etdirəcək.

İnvestisiya portfeli Latsio və Emiliya Romanya bölgələrində yerləşən, həm istismarda olan, həm də inşaat mərhələsində olan 14 günəş elektrik stansiyasını əhatə edir. İstehsal edilən bütün elektrik enerjisi uzunmüddətli elektrik enerjisinin alqı-satqısı müqavilələri (PPA) əsasında satılacaq ki, bu da istehlakçılar üçün tariflərin sabitliyini, investorlar üçün isə proqnozlaşdırılan pul axınlarını təmin edəcək.

İllik enerji istehsalının təxminən 685 milyon kilovatt-saat təşkil edəcəyi və bunun hər il təqribən 184 950 ton CO₂ emissiyasının qarşısını almağa, həmçinin, təqribən 250 min İtaliya ailəsini enerji ilə təmin etməyə imkan verəcəyi gözlənilir. Bu investisiya SOFAZ-ın uzunmüddətli investor kimi strateji hədəflərinə cavab verir və Avropada coğrafi şaxələndirməni təmin edir, inflyasiyaya indeksləşdirilmiş sabit gəlir mənbəyi yaradır və qlobal enerji keçidinə töhfə verir.

SOFAZ-ın İtaliyadakı yeni investisiyası

Karbohidrogenlərdən elektronlara doğru

Onilliklər boyunca Azərbaycan və İtaliya arasında əməkdaşlıq neft-qaz sektoru, boru kəməri infrastrukturu və enerji təhlükəsizliyi məsələləri ətrafında qurulub. SOFAZ-ın bu yeni investisiyası tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə - karbohidrogenlərdən davamlı enerjiyə, molekullardan elektronlara keçdiyini nümayiş etdirir.

Layihə İtaliyanın artan tələbatını ödəmək üçün rəqabətə davamlı və təmiz enerji ilə təmin olunmasına, yerli iqtisadi inkişafın və əhalinin enerji təhlükəsizliyinin dəstəklənməsinə, habelə İtaliyanın karbonsuzlaşdırma üzrə milli prioritetlərinə və qalıq resurslarının idxalından asılılığın azaldılması, bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsi məqsədi daşıyan ümumavropa "REPowerEU" planına uyğundur.

İtaliya SOFAZ-ın əsas investisiya bazarlarından biridir

İtaliya SOFAZ-ın portfelində ən çox investisiya qoyduğu ölkələr arasında dördüncü yerdə gəlir. Fondun bu ölkəyə yatırdığı ümumi investisiyaların həcmi 3 milyard ABŞ dollarını ötür və bu, həm ənənəvi maliyyə alətlərinə, həm də alternativ aktivlərə - infrastruktur, daşınmaz əmlak və özəl səhmlərə yönəlmiş yatırımları ehtiva edir.

Belə ki, bu ilin fevralında SOFAZ "BlackRock"a məxsus olan "Global Infrastructure Partners" (GIP) tərəfindən idarə olunan investisiya fondu vasitəsilə İtaliyanın aparıcı sürətli qatar operatoru "Italo - Nuovo Trasporto Viaggiatori S.p.A" (Italo) şirkətinə 34,5 milyon avro həcmində sərmayə yatırıb.

"Italo" şirkəti 2012-ci ildə təsis olunaraq İtaliyada ilk özəl yüksək sürətli sərnişin dəmir yolu operatoru olub və bu sahədə aparıcı mövqe tutur. "Italo"nun parkında 25 ədəd AGV 575 və 26 ədəd "Italo EVO" qatarı mövcuddur. Bu qatarlar saatda 360 km-ə qədər sürət yığa bilir və Milan-Roma strateji dəhlizi də daxil olmaqla, İtaliyanın 54 şəhərini əhatə edən marşrutlarda fəaliyyət göstərir.

2024-cü ildə qlobal nəqliyyat və logistika nəhəngi MSC şirkəti GIP-dən "Italo"nun təxminən 50% səhmlərini alıb. Qalan 50% isə GIP-ə, onunla ortaq investor və fondlara məxsusdur; bu fondlar arasında SOFAZ da var. "Italo" yüksək əməliyyat göstəricilərinə və davamlı nəqliyyat həllərinə artan tələbat fonunda ciddi inkişaf potensialına malikdir. SOFAZ-ın bu investisiyası isə portfelin şaxələndirilməsi və uzunmüddətli infrastruktur aktivlərinə sərmayə qoyuluşu baxımından strateji əhəmiyyət daşıyır.

ESG-yönümlü strategiya

SOFAZ tükənə bilən təbii ehtiyatlardan əldə edilən gəlirlərin toplanması və bu gəlirlərin hazırkı və gələcək nəsillər üçün dayanıqlı mənbəyə çevrilməsi missiyası ilə yaradılıb. 2024-cü ildə Fond 25 illiyini qeyd edib və hazırda 66 milyard ABŞ dollarından artıq aktiv idarə edir ki, bu da ölkənin ÜDM-in 90 faizindən çoxdur. 2024-cü ildə investisiya portfelinin gəlirliliyi 6% təşkil edib.

Uzunmüddətli institusional investor prinsiplərinə əsaslanaraq SOFAZ yüksək diversifikasiyalı portfellə, dayanıqlı və çevik investisiya strategiyası həyata keçirir. Portfel 50-dən çox ölkəni və bütün əsas maliyyə aktivləri siniflərini ehtiva edir. Fond qlobal makroiqtisadi meyilləri - enerji keçidi, rəqəmsallaşma, nəqliyyat və logistika sahələrinin inkişafını yaxından izləyir və birbaşa və ortaq strateji investisiya imkanlarını qiymətləndirməyə davam edir.

2024-cü ildə SOFAZ ESG prinsiplərinin ilkin inteqrasiyası mərhələsindən keçərək ESG-yə əsaslanan aktiv yanaşmaya keçid edib. Birbaşa aktivlər və daşınmaz əmlaka dair bütün yeni investisiyalar üçün vahid ESG "due diligence" (etibarlılıq yoxlaması) metodologiyası tətbiq olunub. Bu metodologiya dörd əsas istiqaməti əhatə edir: şirkət quruluşu, strategiya, qarşılıqlı əlaqə və risk səviyyəsi. Belə yanaşma fond menecerlərinin və şirkətlərin ESG strategiyalarının dərin təhlilini təmin edir və potensial risklərin minimuma endirilməsinə kömək edir.

2023-cü ilin nəticələrinə əsasən, SOFAZ-ın istiqraz və səhmlər portfelində karbon emissiyası səviyyəsi müvafiq göstərici ilə müqayisədə daha aşağı olub. Bundan əlavə, səhmlər portfelinə daxil olan şirkətlərin 61%-i gender bərabərliyinin, 36%-i iqtisadi inkişafın, 35%-i isə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində iqlim dəyişikliyi ilə mübarizənin təşviqinə töhfə verib.

Birbaşa investisiya portfelində şəffaflıq səviyyəsi 72%-ə (orta bazar göstəricisi - 9%), daşınmaz əmlak üzrə isə 73%-ə (orta bazar səviyyəsi - 11%) çatıb. Bu, Fondun aktivlərinin yüksək keyfiyyətlə idarə olunduğunu göstərir.

SOFAZ, həmçinin, ictimai səhmlər portfelində proksi səsvermə (proxy voting) sistemini tətbiq edib. Bu sistem 18 ölkədə keçirilmiş 86 səhmdar toplantılarında 671 məsələ üzrə səsverməyə imkan yaradıb. Müzakirə olunan məsələlər ekoloji, sosial təşəbbüslər və korporativ idarəetmə ilə bağlı olub. Bu isə SOFAZ-ın aktiv və məsuliyyətli səhmdar kimi rolunu gücləndirərək, investisiya etdiyi şirkətlərin korporativ idarəetmə keyfiyyətinin və ESG hədəflərinin reallaşmasının dəstəklənməsinə şərait yaradır.

SOFAZ-ın İtaliyada günəş enerjisinə və yüksək sürətli dəmir yollarına ("Italo" vasitəsilə) yatırdığı investisiyalar Fondun davamlı, yüksək gəlirli və şaxələndirilmiş aktivlərə yönələn strateji transformasiyasını nümayiş etdirir. Bu addımlar Azərbaycanın maliyyə sabitliyini möhkəmləndirir, Avropanın enerji keçidini dəstəkləyir, ikitərəfli iqtisadi tərəfdaşlığı dərinləşdirir və SOFAZ-ın əsas missiyasının - milli sərvətin gələcək nəsillər üçün artırılmasının - həyata keçirilməsinə xidmət edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 İyul 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri