Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Meloninin təşəkkürü: SOCAR ın İtaliyadakı addlımı nəyi dəyişir?

Meloninin təşəkkürü: SOCAR ın İtaliyadakı addlımı nəyi dəyişir?

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

İtaliyanın Baş naziri Corcia Meloni SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib. O bildirib ki, törəmə şirkəti "Italiana Petroli" (IP) "Eni" şirkətindən sonra ölkə miqyasında yanacağın qiymətlərini məhdudlaşdırmaq qərarına gəlib. Bu, italyan ailələrinə diqqətin və yanacaq xərclərinin azaldılmasına konkret töhfə verə biləcəyimizin təsdiqinin vacib əlamətidir.

SOCAR vurğulayıb ki, bu, şirkətin İtaliya hökumətinin geosiyasi qeyri-sabitlik və bunun qlobal təchizat zəncirlərinə təsiri səbəbindən altı aydan çoxdur ki, yüksək yanacaq qiymətləri ilə üzləşən ailələrə və müəssisələrə dəstək olmaq çağırışına cavabıdır.

Bu kontekstdə deputat Arzuxan Əlizadə Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan-İtaliya münasibətlərini dəyərlənirib.

Onun sözlərinə görə, Azərbaycan-İtaliya münasibətlərini strateji tərəfdaşlıq xarakteri daşıyan və qarşılıqlı maraqlara əsaslanan əlaqələr kimi qiymətləndirmək olar:

"İki ölkə arasında siyasi dialoqla yanaşı, enerji, iqtisadiyyat, ticarət və nəqliyyat sahələrində də əməkdaşlıq son illərdə daha da genişlənib. Xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu fonunda İtaliya ölkəmizin əsas tərəfdaşlarından birinə çevrilib”.

Müsahibimiz qeyd edib ki, SOCAR-ın İtaliyada fəaliyyətinin genişlənməsi də bu əməkdaşlığın yalnız enerji resurslarının tədarükü ilə məhdudlaşmadığını göstərir. Dediyinə görə, SOCAR-ın İtaliyada yanacağın qiymətlərinin məhdudlaşdırılması istiqamətində atdığı addımın İtaliya hökuməti tərəfindən yüksək qiymətləndirilməsi də ölkələrimiz arasında əməkdaşlığın praktiki nəticələrindən biri kimi dəyərləndirilə bilər. Bu yanaşma Azərbaycan şirkətlərinin fəaliyyət göstərdikləri ölkələrin iqtisadi və sosial gündəliyinə töhfə verməsinin nümunəsidir.

Arzuxan Əlizadə: İki ölkə arasında enerji, iqtisadiyyat, ticarət və nəqliyyat sahələrində əməkdaşlıq genişlənib

Deputat hesab edir ki, İtaliyanın Azərbaycanın Avropadakı əsas iqtisadi tərəfdaşlarından biri olması qarşılıqlı investisiyaların və biznes əlaqələrinin daha da artırılması üçün geniş imkanlar yaradır.

"Qarşıdakı dövrdə enerji sahəsi ilə yanaşı, qeyri-neft-qaz sektorunda, bərpaolunan enerji, sənaye, kənd təsərrüfatı, logistika, nəqliyyat, yüksək texnologiyalar və turizm sahələrində əməkdaşlığın dərinləşdirilməsinə ehtiyac var. Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi və İtaliyanın Avropa bazarındakı imkanları nəzərə alınaraq, iki ölkə arasında nəqliyyat-logistika və ticarət əlaqələrinin genişləndirilməsi də mühüm istiqamət ola bilər. Düşünürəm ki, siyasi münasibətlərin yüksək səviyyəsi iqtisadi və humanitar əlaqələrin daha da şaxələndirilməsi üçün möhkəm zəmin yaradır", - deyə Arzuxan Əlizadə vurğulayıb.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Sentyabr 2026 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see300

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see295

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see278

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see277

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see276

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see275

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see269

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see269

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see269

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see262

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see241

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see240

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see238

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see233

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see232

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see230

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see230

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see226

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see226

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see226
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri