Icma.az
close
up
RU
Sofiya Frank: Rəssamlar ekoloji problemlərə diqqət yönəldilməsi üçün nə etməlidirlər?

Sofiya Frank: Rəssamlar ekoloji problemlərə diqqət yönəldilməsi üçün nə etməlidirlər?

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 23 fevral, Anara Axundova, AZƏRTAC

Bu yaxınlarda açılmış Asiman qalereyasında azərbaycanlı rəssam İntiqam Ağayevin “Susuzluq” adlı yeni rəsm silsiləsinin təqdimatı keçirilib və su ehtiyatlarının tükənməsi probleminə həsr olunub.

Sərginin kuratoru və art-jurnalist, incəsənət mühitində daha çox Sofiya Frank yaradıcılıq təxəllüsü ilə tanınan Firəngiz Ağalarova AZƏRTAC-ın müxbiri ilə söhbətində ictimaiyyətin diqqətini ekologiya problemlərə yönəltmək üçün rəssamların nə etməli olduqlarından danışıb.

“Cəmiyyətin diqqətini hər hansı problemə cəlb etmək üçün onun (cəmiyyətin) qarşısına çıxmaq lazımdır. Yəni, sərgini yalnız “özününkülər” üçün təşkil etməmək, daha geniş auditoriya ilə qarşılıqlı əlaqə qurmaq vacibdir. Müasir rəssamlar, məsələn, ictimai məkanlarda performanslar keçirir və ya şəhər binalarının divarlarında mural əsərlər yaradırlar. Öz əsərinlə və ya onun haqqında aparılan söhbətlərlə sərgi məkanının hüdudlarından kənara çıxmaq lazımdır. Bu yanaşma ekoloji problemi və ya digər sosial əhəmiyyətli mövzunu geniş auditoriya üçün görünən edir”, – deyə o vurğulayıb.

Kuratorun sözlərinə görə, müxtəlif kommunikasiya kanalları ilə işləmək də faydalıdır.

“Məsələn, bir il əvvəl mən “TikTok” platformasında ilk müasir incəsənət sərgisini keçirdim. “Sonsuzluğun sonu” layihəsində Aliya The Mushroom, Xəyalə Əkbər və Ellada Ağayevanın əsərləri təqdim olunurdu. Bu işlər yalnız YARAT-ın nəzdində fəaliyyət göstərən XX-XXI əsrlər Azərbaycan Rəngkarlıq Muzeyində deyil, həm də “TikTok”da yerləşdirilmişdi. Bununla biz daha geniş auditoriyanın diqqətini mövzuya cəlb edə bildik və muzeydə olmayan, hətta onun mövcudluğundan xəbərsiz olan insanlarda müzakirə və düşüncə üçün zəmin yaratdıq”, – deyə həmsöhbətimiz qeyd edib.

O, həmçinin hesab edir ki, “science-art” aktual mövzular ətrafında müzakirələr aparmaq üçün uğurlu istiqamətdir.

“Bu istiqamət incəsənətlə elmi birləşdirir və mürəkkəb mövzuları hər kəs üçün anlaşıqlı edir. Bakıda biz bu sahəni Əməkdar incəsənət xadimi Səbinə Şıxlinskayanın təsis etdiyi “AtəşHub” platformasında inkişaf etdiririk. Platforma konseptual incəsənət üzrə ixtisaslaşan gənc rəssamları birləşdirir. Bu platformada əsas istiqamət kimi “science-art”ı seçən rəssamlar var və hazırda ekologiya mövzusunu da əhatə edən layihə üzərində işləyirik”, – deyə Sofiya Frank söyləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Fevral 2026 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri