Icma.az
close
up
RU
Bakının fəvvarələrindən ilhamlanan rəssamlar “Kiçik QalArt”da ekoloji səyahət

Bakının fəvvarələrindən ilhamlanan rəssamlar “Kiçik QalArt”da ekoloji səyahət

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 1 noyabr, Gülay Nəzərova, AZƏRTAC

Bakı şəhərinin əsrarəngiz parklarında fəvvarələrin axan suları yalnız gözəllik yaratmır, həm də insanların hərəkətini, şəhərin ritmini və canlılığını əks etdirir. Hər gün insanların ətrafında dayandığı, şəkil çəkdiyi və istirahət etdiyi bu məkanlar şəhərin yaddaşını daşıyır. Eyni zamanda, bu fəvvarələr yaradıcı sənətkarların fikirlərini, ekoloji mesajlarını və şəhərin gündəlik həyatına dair fərqli baxışlarını ifadə etməsi üçün ilham mənbəyinə çevrilir.

Noyabrın 1-də paytaxtda keçirilən “Art Weekend” - beynəlxalq incəsənət festivalı çərçivəsində İçərişəhərdəki “Kiçik QalArt” qalereyasında açılan “Axın halı” sərgisi də məhz bu ideya üzərində qurulub: şəhərin fəvvarələri rəssamların əsərlərində həm vizual, həm də mənəvi anlam kəsb edir, tamaşaçılara həm gözəlliyi, həm də suyun və şəhərin ritminin dərin mesajını çatdırır.

AZƏRTAC-ın müxbiri şəhərin fəvvarələrindən ilhamlanaraq əsərlər yaradan rəssamlarla həmsöhbət olub.

Su Bakının hərəkətinin, dəyişiminin və inkişafının metaforasıdır

Multimedia sənətçisi, sərginin kuratoru Sitarə İbrahimbəyli bildirib ki, layihə çərçivəsində 8 rəssamın şəhər mərkəzində yerləşən fəvvarələrdən ilhamlanaraq ictimai sənət əsərləri yaradılıb. Hər bir əsər həmin məkanın şəxsi və ya ictimai hekayəsini danışır: “Bakı fəvvarələr şəhəridir və burada ictimai və şəxsi həyatlar kəsişir, bir-birinə qarışır. Su Bakının hərəkətinin, dəyişiminin və inkişafının metaforasıdır: şəhərin və sakinlərinin dinamik yaddaşı, onun axınının ifadəsidir”.

“Bürc fəvvarəsi”

Rəssam Günel Cəfərova bildirib ki, əsərində fəvvarələri bürclərlə əlaqələndirib: “Fikrimcə, hər bir insan öz bürcünün xüsusiyyətlərini daşıyır. Mən də bu ideyanı fəvvarələr vasitəsilə ifadə etdim. “Bürc fəvvarəsi” bizi yansıdan su axını kimi tərtib olunub – su daim hərəkətdədir, dəyişir, amma mahiyyətcə eyni qalır. İnsanlar arzularını suya söyləyir, çünki suyun yaddaşı var. O buxarlanaraq kainatla birləşir və bəzən arzular elə həmin axınla gerçəkliyə qovuşur”.

“Gizli axın”

Rəssam Elnur Musayev bu əsərdə insanla təbiət arasındakı görünməz əlaqəni ifadə edib: “Bu əsər sonsuzluğu təcəssüm etdirir. O, heçlikdən doğur, amma heçliyin özünü deyil – başlanğıcı ifadə edir. Burada insanın səsi, onun təbiətlə münasibəti və daxili əlaqəsi var. Əsərdə yer alan hər bir parça bir xatirə daşıyır, bu geyimlər insanların olub. Əslində əsərin mərkəzində gizli bir qüvvə dayanır – bu, sudur. Bu iş üçün 250 min litr su istifadə olunub. Suyun yaddaşı var və bu yaddaş əbədidir. Sadəcə forması dəyişir, axını isə davam edir. Əsər də elə bu davamlılığı – insanla təbiət arasındakı sonsuz dövranı ifadə edir.”

“Fəvvarələr teatrı”

Rəssam Aydın Bağırov fəvvarələrin ətrafını teatr səhnəsinə bənzədib. Bu əsər şəhər mühitini canlı bir tamaşa kimi təqdim edir. İnsanların addımları, uşaqların gülüşü, ağacların yarpaqlarından süzülən külək səsi — hamısı bu səhnənin görünməyən musiqisini yaradır.

Əsərdə teatrın dinamikası ilə suyun axıcılığı bir nöqtədə qovuşur. Bu isə tamaşaçını həm real, həm də simvolik dünyaya aparır — suyun yaddaşında qorunan hisslər, baxışlar və anlar əsərin görünməyən qatlarında yaşamağa davam edir.

Beləliklə, sərgi şəhərin fəvvarələrini yalnız estetik obyekt kimi deyil, həm də həyatın, təbiətin və insanın bir-biri ilə bağlılığını ifadə edən canlı simvol kimi təqdim edir.

Sərgi noyabr ayı ərzində nümayiş olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Noyabr 2025 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see228

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see228

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see223

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see221

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see201

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see196

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see195

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see183

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see179

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see173

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see164

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see162

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see160

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see157

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see145

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see145

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri