Icma.az
close
up
RU
Sofulu, Barxudarlı, Yuxarı Əskipara, Kərki Paşinyandan ermənilərə zəlzələ effekti

Sofulu, Barxudarlı, Yuxarı Əskipara, Kərki Paşinyandan ermənilərə zəlzələ effekti

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Ermənistan Baş nazir Nikol Paşinyan Azərbaycanın bu ölkənin ərazisindəki anklavlarını – Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Kərki kəndlərini təhvil verməyə hazırlaşması ilə bağlı məlumatlar erməniləri qəzəbləndirib.

Adalet.az xəbər verir ki, Paşinyanın “Azərbaycanın bizim nəzarətimizdə olan suveren əraziləri (anklavlar) var, bu məsələ demarkasiya prosesində öz həllini tapmalıdır” açıqlamasına  qəzəblənənlərdən biri də erməni keşiş Aram Mirzoyan  olub :"Biz nə məğlubiyyətlə, nə Artsaxın itirilməsi ilə, nə də müqəddəs vətənimizin bəzi hissələrini çox asanlıqla təslim etmək istəmələrini bir saniyə belə qəbul etmirik".

 

"HayaQue" Teleqram kanalı  yazır: "Nikol Paşinyanın Qarabağla  bağlı səhifəni bağlamağa haqqı yoxdur. Erməni xalqı artıq oturduğu yerdə ona dözmür, o, sadəcə olaraq, bərbad hüquqi nizam yaratmağa nail olub:"Xalqımız müharibədən sonrakı beş ildə dəfələrlə küçələrə çıxıb. Xalqın fəal hissəsi çoxdan Paşinyanı rədd edir, onun sadəcə polis qüvvələri və qanunların “mühafizəsi” var. 2021-ci ildə təkrar seçilməsi faktından sui-istifadə edən Paşinyan Türkiyə-Azərbaycan tandemi və digər müttəfiqlərindən mütəmadi olaraq maliyyə vəsaiti alır. Bunun nəticəsi bu yeddi ildə dövlət borcunun iki dəfə artmasıdır. Paşinyanın sponsorları onu bu yolla maliyyələşdirir və o, bu vəsaiti polisə və hüquq-mühafizə sisteminə paylayır".

  “Respublika Meydanı” Teleqram kanalı da  Paşinyanın bu çıxışından sonra “Paşinyan və komandası Zəngəzurun Azərbaycan səngərləri ilə əhatələnəcəyindən təşviş keçirdiyini dilə gətirib: “Tramp yolu”nu, əslində isə Zəngəzur dəhlizinin, yaxud Sünikin (Qərbi Zəngəzur) açarlarını ABŞ və Türkiyə-Azərbaycan tandeminə verir. Zəngəzur (Sünik) bundan sonra tamamilə Azərbaycan mövqeləri və səngərləri ilə əhatə olunacaq. Paralel olaraq, Ermənistanın İranla əlaqəsi kəsiləcək”.

 Xatırladaq ki, bu ilin mayın 5-də Tavuş qubernatoru Ayk Qalumyan Ermənistan hökumətinin 23 aprel 2025-ci il tarixli 474-N saylı Qərarı ilə ayrılmış vəsait hesabına vətəndaşlara daşınmaz əmlaka görə kompensasiyaların ödənilməsi üçün komissiyanın yaradılması haqqında qərar qəbul etdi. Erməni mediası yazdı ki, qubernator özünü həmin komitənin sədri, Tavuş vilayəti administrasiyasından beş məmuru isə üzv təyin edib:" Bəs hökumətin 23 aprel 2025-ci il tarixli 474-N saylı qərarında nə deyilir? Bununla hökumətin “Ermənistan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasını təmin etmək tədbirləri haqqında” 27 dekabr 2024-cü il tarixli qərarın əlavəsinə əlavə və dəyişikliklər edilib. Həmin qərarın 2-ci bəndi məxfidir.

Bunun bir mənası ola bilər: 2025-ci ilin dövlət büdcəsinə dəyişikliklər edilib ki, Tavuş vilayətindən Azərbaycana verilən ərazilərin sahiblərinə pul kompensasiyası verilsin”.

Vurğulandı ki, SSRİ dövründə Azərbaycanın anklavı olmuş, “əvvəllər azərbaycanlılar yaşayan” Sofulu, Bərxudarlu, Yuxarı Əskipara kəndləri qaytarıldıqdan sonra bu kəndlərə yollar çəkiləcək, kompensasiya da o yollara görədir.

 Əntiqə Rəşid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://adalet.az
archiveBu xəbər 21 Avqust 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri