Icma.az
close
up
RU
Paşinyandan açıqlama: Barxudarlı və Sofulu Azərbaycana qaytarılır

Paşinyandan açıqlama: Barxudarlı və Sofulu Azərbaycana qaytarılır

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı tərəfdaşlarından bir sıra dəmir yolu xətlərinin təcili bərpasını xahiş etdiyini bildirib.

Bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, söhbət Yerasx (Arazdəyən) Naxçıvanla sərhədə qədər olan dəmir yolu xətti və Axurikdən (Türk Qarakilsəsi) Türkiyə ilə sərhədə qədər olan dəmir yolu xəttindən gedir. Həmçinin, Paşinyan Qazax-İcevan (Karvansaray) dəmir yolu sahəsi ilə bağlı məsələni də gündəmə gətirməyi planlaşdırdığını qeyd edib və Rusiya tərəfdaşlarının bu müraciəti mümkün qədər tez həyata keçirəcəyinə ümid etdiyini vurğulayıb. Rəsmi İərvanın dəmir yolu xətlərini bərpa etmək qərarı bir neçə səbəblə izah oluna bilər. İlk növbədə, Paşinyanın açıqlaması Ermənistanın Azərbaycanla nəqliyyat-ticarət əlaqələrinin bərpası fonunda nəzərdə keçirilməlidir.

Qeyd edək ki, Qazaxıstan Azərbaycan üzərindən Ermənistana taxıl və ərzaq buğdası ixrac edir. Dekabrın 18-dən isə Azərbaycan Ermənistana 22 vaqon Aİ-95 markalı benzin tədarük edib. Lakin bu ticarət əməliyyatları Azərbaycanla Ermənistan arasında Sovet dövründə mövcud olmuş dəmir yolu infrastruktutu dağıldığından Gürcüstan vasitəsilə aparılır.

Görünür, indi Paşinyan hakimiyyəti dəmir yolu xətlərini bərpa etməklə yüklərin daşınmasını üçüncü ölkə vasitəsilə deyil, Azərbaycan-Ermənistan sərhədindən birbaşa idxal etmək istəyir.

Dəmir yollarının inşası ilə bağlı Rusiyaya müraciət edilməsi isə idarəçilik hüququnun Moskvaya məxsusu olması ilə bağlıdır. Yəni 2008-ci ilin fevral ayında imzalanmış müqaviləyə uyğun olaraq, Cənubi Qafqaz Dəmir Yollarının konsessiyası 30 il müddətinə Rusiyaya verilib. CQDY Rusiya Dəmir Yolları QSC-nin törəmə şirkətidir. Üstəlik, Ermənistan tərəfinin dəmir yolu xətlərini bərpa etmək üçün maliyyə vəsaiti yoxdur. Arazdəyəndən dəmir yolu xəttinin Naxçıvan MR ilə sərhədə qədər inşası Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutunun tərkib hissəsidir. Söhbət Horadiz-Mehri-Arazdəyən-Ordubad dəmir yolundan gedir.

Əslində, bu marşrutun inşası ilə bağlı ABŞ hökuməti 145 milyon dollar vəsait ayırıb. 2026-cı ilin birinci rübündə ABŞ və Ermənistanın birgə yaratdığı konsorsiumun qeydiyyatdan keçməsindən sonra inşaat işlərinə başlanacağı gözlənilir. Üstəlik, Avropa İttifaqı da Zəngəzur dəhlizinə (TRIPP layihəsi) investisiya yatırmaq istəyini bildirib. Lakin Paşinyan Rusiya tərəfinə müraciət etməklə dəmir yolundan siyasi deyil, daha çox iqtisadi məqsədlər üçün istifadə edənlərin faydalana biləcəyinə işarə edib. 

Dəmir yolunun Axurikdən Türkiyə sərhədinə qədər olan hissəsinə gəlincə, Ermənistan rəhbərliyi Ankara ilə münasibətlərin normallaşmasından sonrakı mərhələ üçün nəzərdə tutur.

Paşinyan hakimiyyətinin dəmir yolu xəttini bərpa etməkdə məqsədi Türkiyə ilə sərhədlər açıldıqdan sonra hazırda çəkilməkdə olan Qars-İğdır-Aralık-Dilucu marşrutuna qoşmaqdır. Diqqəti çəkən mühüm məqamlardan biri isə Qazax-İcevan dəmir yolu il bağlı Paşinyanın dedikləridir. Baş nazirin açıqlamasından məlum olur ki, rəsmi İərvan sovet dövründə mövcud olmuş Bakı-İcevan dəmir yolunun Qazax-İcevan hissəsinin bərpası üzərində düşünür.

Birinci Qarabağ müharibəsində dəmir yolu ermənilər tərəfindən dağıdılıb. Dəmir yolunun keçdiyi Qazax rayonunun Barxudarlı və Sofulu kəndləri isə hələ də işğal altındadır. Paşinyanın sözləri Ermənistanın tezlliklə Qazax rayonunun üç kəndini (Yuxarı Əskipara, Barxudarlı, Sofulu) Azərbaycana qaytarmağa hazırlaşdığını və sərhədin bu istiqamətində delimitasiya işlərinə başlanacağını deməyə əsas verir. 

Müşfiq Abdulla
"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Dekabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri